Azərbaycan Mərkəzi Bankının (AMB) yeni binasının tikintisi “Tekfen Holding”ə həvalə olunub.
Yenicag.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Mərkəzi Bankın yeni binasının inşası üçün “Tekfen Holding”lə imzlanan müqavilənin dəyəri 218 milyon avro (təqribən 436 milyon manat) təşkil edir.
Xatırladaq ki, buna qədər yayılan məlumatlarda Mərkəzi Bankın yeni binasının 150-200 milyon manata başa gələcəyi iddia olunurdu.
P.S. Prezident cənab İlham Əliyev yanvarın 6-da keçirilən müşavirədə maliyyə naziri Samir Şərifova qəti xəbərdarlıq edir ki, bundan sonra dövlət idarələrinə büdcə hesabına bahalı mebellərin, avtomobillərin və s. avadanlıqların alınmasına diqqət yetirilsin. Amma Elman Rüstəmov ərköyün uşaq kimi zamanın nəbzini tutmaq istəmir
