Adının çəkilməsini istəməyən Oğuz rayonundan olan yük avtomobili sürücüləri bildirmişlər ki, 2020-ci ilin yayında Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzində onlarla və digər tabe rayonlardakı sürücülərlə guya təbii qazla təchiz edilməyən kəndlərdə yerləşən rayon daxilindəki dövlət müəssisələrinə meşələrdən oduncaqlar daşınması üçün hər ay 2500-3000 manat maaş verilməklə 3 aylıq formal əmək müqaviləsi bağlanmış, hər ay üçün onların avtomobili üçün 3000 manat dəyərində yanacaqla təmin olunmaları üçün sənədlərə imzalar atmışlar. Aylıq maaşlar kartlarımıza daxil olan gün Regional Meşə Təsərrüfatı Mərkəzi işçiləri hər rayon üzrə bizim kimi saxta müqavilə bağlanmış 5-6 sürücünü Qəbələ şəhərindəki bankomatlara dəvət edərək hesbımıza köçürülən pulların onlara verilməsini tələb edirdilər. Beləliklə, Qəbələ Regional Meşə Təsərrüfatına tabeçiliyində olan hər rayon üzrə təxminən əldə edilən 120000 manat pul Mərkəz rəisi və əməkdaşları tərəfindən mənimsənilmişdir.
Doğrudur, biz Oğuz rayonundan olan formal sürcülüər bizim adımıza köçürülən 1-ci ayın pulunu Mərkəz müdirinə vermədən özümüz alıb xərclədik. Sonrakı ayları isə özümzə 1 qəpik saxlamadan verdik. Ona görə də Mərkəz müdirinin göstərişi əsasında biz sürücülərin Oğuz meşlərindən qırılan odun materiallarının daşınmasına qəti qadağa qoyulmuşdur. Yəni, bizim avtomobilləri meşəyə buraxmamaqla qisas çıxırlar .
Digər acınacaqlı fakt üzrə məlumat verən Qəbələ rayonun, Abrıx kənd sakinləri bildirirlər ki, ETSN Qəbələ Regional Meşə Təsərrüfttı müdiri olan Alim Əlizadə vaxtilə ETSN Yaşıllaşdırma İdarəsində birlikdə işlədiyi dostu olan Yaqub oğlu Akiflə ( ETSN Qəbələ “Şahdağ Milli Park”ının direktoru olmuş, hazırda 6 saylı Regional Ekologiya İdarəsinin rəisidir) gizli sövdələşərək 2020-ci ildə Abrıx kəndi yaxınlığındakı Şahdağ Milli Parkla Meşə ərazisinin sərhəd zonasını 20000 AZN pul müqabilində bir işbaza satmışlar. Həmin işbaz da ağır sepli tarktorla Milli parkın ərazisinə yol açıb heç vaxt ağac kəsintisi olmayan bu zonadakı qiymətli ağacları kəsdirib hər yük avtomobili üçün 500 manat pul qazanmaq istəmişdir. Kəndin cavan sakinləri buna etiraz olaraq aksiya keçirmiş traktorun yolunu bağlamış və Regional Meşə Təsərrüfatının onlara mane olmaq istəyən işçisini də itələyib yıxmışlar. Yerli əhali traktora işi dayandırmağa və rədd olub getməsini tələb etmişlər. Traktor məcbur olub qanunsuz daxil olduğu parkın ərazisini tərk etmişdir. Bundan əsəbləşən ETSN rəsmisi Alim Əlizadə onun işçisinə fiziki müqavimət göstərdiyinə görə etiraz edən Abrıx kənd sakininə qarşı Qəbələ rayon Prokurorluğuna şikayət ərizəsi yazmışdır. Hazırda prokuroluqda iş araşdılır. Lakin baş vermiş əsas cinayət isə ( traktorla park ərazisinə daxil olaraq meşə ağaclarının kəsilib satılması üçün avtomobil yolu açan iş adamına və onunla gizli sövdələşmə aparan ETSN səlahiyyətlisi A.Əlizadəylə bağlı baş vermiş cinayət əməlinə hüquqi qiymət verilməsi isə hələlik arxa plana atılmışdır.
Hesab edirik ki, nazir Muxtar Babayev tərəfindən Nazirliyin Meşə Təsərrüfatı Depertamentinə SOCAR –dan gətirilərək doldurulmuş rəsmi şəxslərinə arxalanaraq Qəbələ rayon Şahdağ Milli Park ərazisindəki qiymətli meşə ağaclarının satılması üçün işbazlarla gizli müqavilə bağlamış Mərkəz müdiri A.Əlizadənin törətdiyi korrupsiya əməllərinə tezliklə hüquqi qiymət verilməlidir. Doğrudur, rayonda “Şahdağ Milli Parkı” ilə bağlı böyük səs-küyə səbəb olmuş hadisədən dərhal sonra parkın derektoru olmuş Yaqub oğlu Akif ETSN-dəki himayədarlarının köməkliyi sayəsində aradan çıxmış və törətdiyi “qəhrəmanlığa” görə ETSN 7 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinə müdir vəzifəsinə təyin edilmişdir.
Xatıladaq ki, Oğuz rayon, Tayıflı kəndi yaxınlığında ETSN layihəsi və 100000 manat vəsiti əsasında salınmış qoz bağı niyə 2020-ci ilin payızında Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin müdiri Alim Əlizadənin göstərişi əsasında qanunsuz olaraq şumlanaraq məhv edilmiş və bu ərazi əsassız olaraq yerli bələdiyyə sədrinə taxıl əkilməsi üçün satılmışdır. Eləcə də həmin kəndin kənarında yerləşən digər 7 ha yabanı meşə zolağı da şumlanaraq taxıl əkilməsi üçün kənar fiziki şəxsə icarəyə verilmişdir. ETSN-nin rəsmi qurumunun araşdırmaları zamanı faktlar təsdiqini tapsa da nəyə görəsə 13 ha meşə və qoz bağının məhv edilməsinə və dövlətə vurulmuş zərərə görə cənab A.Əlizadə məsuliyyətə cəlb edilməmişdir. Məlumata görə cənab regionun meşə fonduna qənim kəsilən A.Əlizadənin arxasında duran şəxslərdən biri ETSN-in nazir müavini cənab Firdövsi Əliyevdir.
İnanırıq ki, tezliklə Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən adı dəflərlə Qəbələ regionunda yerləşən meşələrin məhv edilməsində hallanan Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin müdiri Alim Əlizadənin törətdiyi maliyyə maxenasiyaları və korrupsiya əməlləri barədə qanunmüvafiq tədbir görəcəkdir.
İfadetv.com saytının araşdırma qrupu