Kütləvi informasiya vasitələrində Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun Ağdam rayonu, Əliağalı kəndinə sərxoş vəziyyətdə səfər etməsi ilə bağlı görüntülər yayılıb. Vaqif Həsənov isə iddiaları təkzib edib.
BAXAR.AZ xəbər verir ki, Vaqif Həsənov açıqlama verərək sözügedən görüntüləri Ağdam rayon sakini, jurnalist İfadə Cəfərzadənin yaydığını və məqsədlərinin olduğunu bildirib. Məsələ ilə bağlı İfadə Cəfərzadə ilə əlaqə saxladıq. O, açıqlama verərək bildirdi ki, Vaqif Həsənov həmişəki kimi nə danışdığını bilmir:
"Vaqif Həsənovun Ağdam rayon sakinlərinə etdiyi "soyqırımı" zəng edin ağdamlılardan soruşun. Necə başçı olduğu elə sosial şəbəkələrdə gedən müzakirələrdən məlumdur. Dövlət Təhlükəsizliyi Xidməti məmurları həbs edir, xahiş edirəm ki, növbəti səfərləri Vaqif Həsənovun iş otağından keçsin. O zaman görəcəklər ki, Vaqif Həsənov hansı əməllərin sahibidir. Sözügedən görüntüləri də mənə onun içki dostlarından biri göndərib. Açıqlama verərək, deyir ki, o məni müharibə zamanı Ağdama buraxmayıb. Vaqif Həsənov, sən ermənisən, ya rus sülhməramlı heyətin komandanısan, kimsənki məni Ağdamıma buraxmayasan?! Müharibə zamanı 10 günə yaxın Ağdamda mülki əhali ilə birgə oldum, reportajlar hazırladım, sakinlərə sosial yardımlar apardım. Etdiyim əməllərin hamısı ağdamlılara, ölkəmə görə idi. Canım da fəda olsun bu dövlətə, bu millətə.
İndi həmin bu Vaqif Həsənov açıqlama verib deyir ki, mən qərəzliyəm. Nəyə əsasən deyir bunu? Videonu yayandan sonra mənə icra hakimiyyətindən zəng edib dedilər ki, Vaqif Həsənovun şəkəri qalxıb, xahiş etdilərki videonu silim. Silmədim, nə sözü var idisə, deyərdi qarşı tərəfin mövqeyi kimi dərc edərdim. Yoxsa bu qarışıqlıq nəyə, kimə lazımdır? Kimə xidmət edir Vaqif Həsənov? Erməniyə, ya öz vətəndaşına? Bu tip məmurlar üzqarasıdır, vətəndaşı ölkə başçısının üzərinə qaldırır. Vaqif Həsənov indi də öz "buldok"larını trolluğa cəlb edir. Sonuncu dəfə xəbərdarlıq edirəm, Vaqif Həsənov! İtlərini ayağına bağla!
Mən bir Azərbaycan qadını olaraq ölkə başçısına, hüquq-mühafizə orqanlarına səslənirəm. Vaqif Həsənov səviyyəsində olan məmurları yığışdırın cəmiyyətdən. Onun yeri geniş otaqlar, bahalı maşınların içi olmalı deyil, onun yeri dəmir barmaqlıqlar arxası, ya Kürdəxanı, ya da Qobustan həbsxanaları olmalıdır.
Mən Prezidentimə, dövlətimə inanıb, güvənib ölkədə olan problemləri işıqlandırıram. Sizə də göstərdiyiniz obyektivliyə görə minnətdarlığımı bildiriəm. Vaqif Həsənov kimi adamların qarşısını almaq üçün birgə mübarizə aparmalıyıq. Fürsətdən istifadə edib bütün jurnalistlərə səslənirəm, araşdırın Vaqif Həsənovun fəaliyyətini. Villaları, bahalı maşınları nə ilə alıb? 1000 manat maaşla? Hamısını qusacaqsınız, Vaqif Həsənov!"
Fərid İMRAN
BAXAR.AZ
"BU DA SİZİN "BAYRAĞINIZ""