İran ABŞ-nin nüvə proqramı ilə bağlı vəziyyətin tənzimlənməsi ilə bağlı təklifindən imtina etməyə hazırdır.
Bu barədə “Reuters” agentliyi İran diplomatına istinadən bildirib.
Onun sözlərinə görə, təklif Tehranın maraqlarına cavab vermir və Vaşinqtonun uranın zənginləşdirilməsi ilə bağlı mövqeyini yumşaltmır.
"İran ABŞ-nin təklifinə mənfi cavab hazırlayır ki, bu da təklifdən imtina kimi şərh edilə bilər", - diplomat qeyd edib.
