Xocavənd rayonun Qaradağlı kəndindən köçkün düşən şəhid ailəsi Tağıyev Elyar Bakir oğlu 28 iyulda ifadetv.com saytına “qaçqınkom” tərəfindən Saray qəsəbəsində məcburi kökçün ailələrinə verilən 800 mənzildən onu yada salan olmadığından şikayətlənmişdir. Xatırladaq ki, E.Tağıyev şəhid Bakir Tağıyevin oğludur. Qaradağlı kəndinin müdafiəsi zamanı son gülləsinə qədər sarkisyanlarala vuruşmuş və ağır yaralanmışdır. Ermənilər Bakiri də digər əsir düşmüş yoldaşlarını da hamısını fermaya yığaraq od vurub yandırmışlar. Bu dəhşətli hadisə tarixdə erməni faşizmi kimi yadda qalmışdı. Amma çox təəssüfləndirici haldır ki, hal hazırda Saray qəsəbəsində zibilxananın yanında uçuq daxmada susuz 1 xəstə övladıilə fiziki mövcudluğunu saxlamaq uğrunda zülm çəkən şəhid Bakirin oğlu Elyarı nədənsə “qaçqınkom” rəsmiləri yada salmadı.
Halbuki, qaçqın və məcburi kökçünlərin taleyi etibar edilmiş bu rəsmilər ən azından elyarla və onun ailəsilə bircə dəfə də olsun gəlib maraqlanmalı idilər. Amma son 27 ildə bu baş vermədi. Biz də KİV olaraq Elyarın səsini ictimaiyyətə çatdırdıq. Ki, belə bir insan da xəstə övladıilə şəraitsiz bir daxmada zülm çəkir.
Doğrudur, biz Elyarın probleminə belə ögey münasibətin kökündə “Qaçqınkom” şefinin yerində olmadığı qənaətinə gəldik.Onu tənqid etdik. Belə olmasaydı mənzillərin ədalətli bölgüsü zamanı təbii ki, Elyar da kimsəsiz olsa belə mənzil payını almış olardı. Elyarın qaldırdığı məsləilə yazdığımız araşdırma yazısı işıq üzü görər-görməz “Qaçqınkom” un ictimaiyyətlə əlaqələr şöbəsinin adını deməyə unutmuş nümayəndəsi az qaldı ki, telefonda adımızı unutdursun. Belə ki, “Siz bu faktları haradan götürmüsünüz? Niyə Rövşən müəllim haqqında bilmədiklərinizi yazırsınız və s. əhəmiyyətsiz suallar ünvanlandı. Konkret cavab verildi ki, bizə işimizi öyrətməyin və zəhmət çəkib qaçqın adı altında payladığınız ailələr barəsində bizə məlumat verin görək dövlət qurumu nəzərdə tuyulmuş və istifadəyə verilmiş bu 800 mənzildən neçəsini şəhid ailəsinə verib? Sualımız nümayəndənin xoşuna gəlmədi. Elə həmin gün “Qaçqınkom”dan E.Tağıyevin ailəsinə zəng edib vəziyyətilə gəlib yerində tanış olacaqlarını bildirmişlər. Budur, 1 həftədir evdə oturub rəsmiləri gözləyirik. Amma heç kim gəlib E.Tağıyevin daxmasına baş çəkmir.
Dövlətin başçısı R.Rzayevi bu vəzifəyə təyin etmişdi ki, 1 milyon yurd-yuvasından didərgin düşmüş vətəndaşımızın dərdlərinə şərik çıxsın. Ancaq “Qaçqınkom” qaçqınların yarasına məlhəm olmadı.Şəhid övladı Elyar Tağıyev sonda xahiş etdi ki, onun haqq səsini dövlətimizin başçısına çatdıraq. Çatdırın ki,Xocalı canisi Sarkisyanın qarşısında özünü itirərək qeyri-ixtiyarı baş əyən “qaçqınkom” şefi Rövşən Rzayev verdiyi quruca sözünə əməl edib nümayəndələrini daxmama baxmağa göndərmədi. Əslində isə R.Rzayev Sarkisyanın yox, bizim qarşımızda baş əyməli idi. Çünki, cənab Prezident də rəsmi çıxışlarında dəfələrlə vurğulayıb ki, “Prezident bşda olmaqla bütün məmurlar xalqın xidmətçiləri olmalıdırlar.Əksinə deyil!.” Amma bu gün görünən budur ki, biz qaçqın, məcburi kökçün şəhid övladlarını şəxsən Elyarın timsalında ən hörmətsiz şəxs kimi qəbul edirlər.
.
Aldığımız son məluatlara görə iyulun 27-də “Qaçqınkom” tərəfindən Saray qəsəbəsində dövlət hesabına inşa edilmiş 800 mənzili qaçınlara hədiyyə etdiyi mənzillərin heç 20 faizini şəhid ailələrinə verməyib. Burada əsas rolu tapşırıqlar və subyektiv maraqların təmin olunması rol oynayıb. Yoxsa ki, şəhid övladı, 27 il şəritsiz xəstə övladıilə min bir zülm çəkən Elyar Tağıyev də bir insan kimi mənzillə təmin olunardı.
Hörmətli dövlət komitəsinin yadına bir faktı da çatdırmaq istəyirik. Rusiya mətbuatının verdiyi məlumata görə 2002-ci ildə Xankəndində 1000 nəfər erməni zabiti yeni xidməti mənzillə təmin edilmişdir.” Elə həmin ilin noyabrın 24-də qarlı-çovğunlu qış günüdə Müdafiə Nazirliyinin “Turan” yataqxanasında yerləşən 64 Azərbaycan zabiti və hərbi qulluqçusunun ailəsi 3 günün içində zorla küçəyə atılmışdır. Budur, eyni ssenari indi də “qaçqınkom” da baş verməkdədir. Biz nə edə bilərik ki? Məsələni işıqlandırmaqla dövlət orqanlarını və ictimaiyyəti məlumatlandırmaqdan başqa. Bir də hörmətli Dövlət Komitəsi rəsmilərinin yerinə utanmaq qalır bizə.Vəssəlam.
Ifadetv.com qarşı tərəfin də mövqeyini dəcr etməyə hazırdır.
İfadetv.com
Həsənbala