Xatırladaq ki, Həsənov Vaqif Bəhram oğlu 28 avqust 2018-ci il tarixində Ağdam Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Amma V.Həsənovun tərcüçeyihalına bir kiçik nəzər saldıqda görürürk ki, Bakı Dövlət Universitetinin tarix fakultəsini bitirən bu tarixçi əmək fəaliyyətinin yarıdn çox hissəsini, 1980-ci ildən 2006-cı ilədək müxtəlif Neft Qaz Çıxarma İdarələrəində işləməklə özünə karyera qurub. Amma bu sahə üzrə diplomunu 2003-cü ildə əldə etmişdir. 2006-cı ildən bu günə kimi isə Qaradağ, Xəzər və Ağdam rayon icra Hakimiyyətlərində yüksək vvəzifələrdə karyerasını bu gün də davam etdirir.
İfadetv.com-a rayondan verilən xəbərə görə vəzifədə olanlar yaşlandıqda yerlərini perspektivli gənclərə deyil, öz qohum əqrabalarına verirlər.
Məsələn, V.Həsənov Ağdama başçı təyin edildikdən dərhal sonra Təhsil Şöbəsinin baş inspektorunu işdən çıxartdırıb və öz həyat yoldaşını onun yerinə təyin etdirib. Oğlunu isə Cənabi “qaçqınkom” şefi hesab edilən Rövşən Rzayevə zəng etməklə bu orqanda yüksək vəzifəyə təyin etdirib.
Gülablı ərazi icra nümayəndəsi orta təhsilli olduğu uçun işdən azad edilib. Əvəzinə qızı vəzifəyə qılzı təyin olunub. Vəzifəni faktiki olaraq Elmir Məmmədov icra edir.
Vaqif Həsənov göz yumur. Nədən ki, tanınmış müğənni Feyruz Səxavətin qohumudurlar.
Diğər nümunə, Novruzlu kənd icra nümayəndəsi Hüseyn Kazımov 70 yaşı tamam olduğu uçun işdən azad edilib. Əvəzində Həsənov onun yerinə gəlinini təyin edib. Biabırçılıqdır.
Məğər feodalizm quruluşudur Ağdamda,bu nə təfəkkür, bu nə idarəçilikdir belə? Məsələ ondadır ki, Kazımovun səhhətində problem yaranıb, gəlin də ayağını evdən çölə qoymur. İdarənin işi, möhürü qalıb ortalıqda.
İşdən çıxarılan qocalar nəinki dövlətin möhürünü, hətta xidməti avtomoibilini belə qaytarmaq istəmir.
Ağdam Rayon Mədəniyyət İdarəsinin müdiri Şahin Qasımov da 70 yaşının tamam olması ilə bağl təqaüdə çıxıb. Həmin vəzifəni indi ayrı adam icra edir.
Şahin Qasımovu vəzifədə ikən idarə etdiyi 02-AA-114 dövlət nömrə nişanlı avtomobil Ağdam Şəhər İcra Nümayəndəliyinin balansına verilib.
Vaqif Həsənovun idarəçiliyi bax budur.
Rayondakı etibarlı mənbələrin verdiyi digər məlumatlardan aydın olur ki, cənab V.Həsənov aqrar sektorda da bir sıra “nailiyyət”lərə imza atdığı bildirilir. Belə ki, ən böyük taxıl biznesini qısa müddətdə yaradıb. Ağdamın Qaradağlı kəndindəki bir çix torpaq sahələrini zəbt edib.
Ağdam rayon Quzanlı kənd sakini Nailə Poladova öz şikayətində qeyd edir ki, həyat yoldaşı əlildir, oğlu da hərbi əlildir. Özünün isə uzun müddət Ağdam rayon Mərkəzi xəstəxanasında tibb bacısı işləməsinə baxmayaraq qanunsuz olaraq işdən azad olunub. Məsləilə bağlı İcra başçısı V.Həsəsnovun qəbulunda olub. Elə baş həkim Elxanın da yanında cavabı bu oldu ki, lap İlham Əliyev də zəng etsə, səni işə götürməyəcəyik, eşitdinmi!”.
Ağdam rayon eıeıktrik şəbəkə rəisi Əhmədağalı kənd musiqi məktəbinin ərazisində təzə elelktrik transformatoru quraşdırdıqdan sonra smart tipli sayğaclara keçmək üçün Şəbəkə müdiri ərazinin müfəttişi Emin adlı şəxsə tapşırıb ki, əvvəlcə kənd sakinlərindən pul yığsın sonra transformatoru işə salaq.
Ağdam İcra başçısının müavini Allahverdi əliyevin oğlu Sahil Əliyev Ağdam Pambıq Zavodunun direktoru təyin edilib, digər oğlu isə Ağdam PŞ-də polis zabiti kimi işləyir. Başqa bir müavini cənab Xəqani isə qanunsuz bank fəaliyyətilə məşğul olduğunu- sələmə pul verib, pul qazandığını isə rayonda bilməyən yoxdur. Xəqaninin məktəb və uşaq bağçalarından səbəbini izah etmədən mütəmadi pul yığdığı bildirilir.
Ağdam rayon Dövlət Aqrar inkişaf Agentliyindəki mənbənin qeyd etiyinə görə isə rayonun əksər torpaq sahələrində yonca əkilməsinə bxmyaraq soğan və taxıl əkini kimi hesabatlar verilir ki, saxta sənədləşmə əsasında dövlətdən külli-miqdarda subsidiyaları əlib mənimsəyirlər.
Ağdam rayonun “Dörd yol” adlanan ərzisində yerləşən qaçqınların 28 ildir ki, yaşadıqları və dolanacaq üçün istifadə etdikləri torpaq sahələrinin suyu cənab başçının əmrilə suları kəsilmişdir. Səbəb də müharibədə zəfər çalınması göstərilir. “Daha bəsdir torpaqları zanit etdiniz. İndi də yığılın gedin öz dədə-baba torpaqlarınızda əkib-becərməklə məşğul olun”! komandası verilib. Başçının əsas məqsədi isə torpaqların minalaradan təmizlənməsini gözləmədən qaçqınları məskunlaşdıqları yerdən təcili çıxarmaq və onların 28 il istifadə etdikləri torpaqları zəbt etməkdir.
Əgər cənab V.Həsənovun faktlara cavabı varsa versin. Dərc edəcəyik.
İfadə CƏFƏRZADƏ
ifadetv.com
