Gununsesi.info xəbər verir ki, bu barədə “168.am” saytı etibarlı mənbələrinə istinadən yazır.
Məlumata görə, polis qüvvələri gecə boyunca baş nazirin keşiyini çəkib. Lakin Paşinyanın ailəsi ilə birlikdə niyə hökumət binasında qalmasının səbəbləri açıqlanmır.
Sayt yazır ki, Paşinyanın bu addımının səbəbləri sərhəddə baş verənlər ola bilər.
“Sərhəddə gərginlik yaşandıqdan sonra “Manax” kimi tanınan Artur Ayvazyan öz dəstəyi ilə Sünikin Teğ kəndində yolu bağladı və hökumətin əhalidən topladığı silahları geri qaytarmasını tələb etdi. Mayın 15-də “Manaxı” həbs etdilər. Mayın 17-də Paşinyan Təhlükəsizlik Şurasının iclasında sərhəddə baş verənlər haqda danışdı. Görünür, Paşinyan daxildə etirazlardan qorxduğu üçün hökumət binasında gecələyib”, – sayt qeyd edir.
Lakin erməni tərəfin Paşınyanla bağlı yozumlarıdan fərqli olaraq deyə bilərik ki, Lavrovun Bakı səfərindən sonra seçkiqabağı sərhədd məsləsinin Azərbycanın vasitəsilə qaldırılması o anlama gəlinir ki, Rusiya Ermənistana Xocalı canısı olan Koçaryanı və onun fasit dəstəsini rəhbər kimi gətirmək istəyir. Paşınyan isə seçkilərə 1 ay qalmış ictimaiyyətə fərasətsiz, qorxaq, satqın kimi təqdim etməyə çalışırlar və artıq buna nail olurlar. koçaryanın hakimiyyəti təmin edildikdən sonra isə Rusiya onun daha uzun müddətə vəzifədə qalması üçün onun və dəstəsinin nüfuzunun dəflərlə yüksəlməsi üçün Azərbaycanın işğaldan azad etdiyi ərazilərin bir qisminin güc yoluilə geri qaytarılmasına nail olmaq planı işə düşəcəkdir. Əbəs yerə Rusiya Hərbi Kompleksi son 6 ayda Ermənistana gecə-gündüz ən müasir silahları muzeydə nümayiş etdirmək üçün daşımır. Bu aksiomanı Azərbaycanda başa düşən kimi sərhədd məsələləri təxirə salına bilər. Və lazımdır. Hesab edirik ki, indiki dönəmdə Azərbaycana və onun xalqına qonşu düşmən dövlətdə Xocalı hərbi canisinin ikinci dəfə rəhbər gətirilməsi lazım deyil və bu arada düşmən "dəyirmanına su tökən" DSX rəisi Elçin Quliyev də milyonluq villasında oturub bu b arədə yaxşı yaxşı götür-qoy etməlidir.
İfadetv.com
