ABŞ ordusu heç bir ssenari üzrə Ukrayna hadisələrinə qatılmayacaq.
Bunu ABŞ prezidenti Co Bayden cümə axşamı "NBC" telekanalında yayımlanan müsahibəsində deyib.Aparıcınının Ağ Ev rəhbərinə, "vətəndaşlarını Ukraynadan təxliyə etmək üçün ABŞ qoşunlarını göndərməyə hansı ssenari səbəb ola biləcər" sualına Bayden “belə ssenari yoxdur” cavabını verib və əlavə edib ki, "Amerika və Rusiya əsgərləri bir-birinə atəş açsalar, bu, dünya müharibəsinin başlanması demək olacaq".
Bayden Ukraynadakı amerikalıları dərhal ölkəni tərk etməyə çağırıb: "Amerika vətəndaşları yubanmadan oradan çıxmalıdırlar", - deyib.
İfadetv.com