Ötən gün məlumat vermişdik ki, Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovun icazəsiz Krıma səyahət erməni barədə Ukrayna Baş Prokurorluğu cinayət işi qaldırıb. Maraqlıdır ki, səfirin Ukraynanın ərazi bütövlüyünü heçə sayan bu hərəkətindən şikayəti Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) Sədri Daşqın Gülməmmədov edib.
Biz də faktın nə dərəcədə həqiqət olub-olmadığını Daşqın bəydən soruşduq. Ukrayna Qarapapaq Türkləri Milli Şurası (UQTMŞ) sədrinin Ovqat.com-a müsahibəsini təqdim edirik.
-Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanova qarşı Ukraynada cinayət işinin açılması bağlı xəbər açıqlandı, məlumat nə dərəcədə ciddidir?
-Qüdsi Osmanovla bağlı bu məsələ ciddi yox, beynəlxalq diplomatik skandala səbəb olacaq bir hala gəlib. Fakt budur ki, Qüdsi Osmanov qeyri-qanuni şəkildə Rusiya tərəfindən işğal edilmiş Ukrayna ərazisinə, Krıma dəfələrlə səfər edib. Amma indiyə qədər Ukraynanın heç bir məmuru Azərbaycanın işğal edilmiş ərazilərinə səfər etməyib. Bəli, Ukrayna Baş Prokuroru və Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) sədrinə rəsmi olaraq müraciəti və materialları mən göndərmişəm. Ukrayna Baş Prokurorluğu və xüsusi xidmət orqanları Qüdsi Osmanovun Rusiya tərəfindən işğal edilmiş Krıma səfərinin müəyyən etdikdən həmən sonra Ukrayna prokurorluq orqanları Cinayət Məcəlləsinin 332-1-ci maddəsinin 1-ci və 2-ci bənlərinə uyğun olaraq cinayət işi açdılar. Hazırda cinayət işi Ukrayna Krım Muxtar Respublikası və Sevastopol Şəhər Prokurorunun müavini Nəriman Süleymanovun kurasiyasındadir və əlavə istintaq materiallarının toplanmasına başlanıb.
-Sizcə, bu səfər Azərbaycanla-Ukrayna arasında münasibətlərinin gərginləşməsinə səbəb ola bilərmi?
-Münasibətlərdə heç bir gərinləşmə ola bilməz. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır və Ukrayna qanunlarının müəyyən etdiyi rejim Azərbaycan tərəfindən qəbul edilir. Sadəcə məsələ budur ki, Moldovada Azərbaycanın səfiri vəizfəsini tutan Qüdsi Osmanov Azərbaycan Xarici İşlər Nazirliyi və Prezident İlham Əliyevlə Vladimr Putinin yanına gedəcəyini razılaşdırmayıb. Krıma Ukrayna Təhlükəsizlik Xidmətindən icazə alıb gedə bilərdi. Yəni məqsədyönlü çəkildə saymamazlıq və cinayət edib.
Onu V.Putinin yanına milyarder A.Rotenberq aparıb. Milyarder A.Rotenberqin planı isə Azərbaycanın milli suverenliyinə qarşı təxribat törətmək idi. Hələ 2019-cu ildə həmin A.Rotenberqin təşəbbbüsü ilə Moldovanın paytaxtı Kişinyovda azərbaycanlı oliqarxlar “Lukoil-Moldova” Şirkətinin direktoru, arvadı erməni olan Feyruz İsyaev, “Bemoil” şirkətinin sahibi Rafiq Əliyev, Serbiyadakı eks-səfir Eldar Həsənov, Qüdsi Osmanov və Moskvadan gəlmiş bir-neçə şəxsin gizli görüşü keçirilib. Görüşdə Azərbaycanda hakimiyyətin dəyişdirilməsi planı müzakirə edilib. Bu gizli görüşün vide-audio yazısı Rumıniya Əks-Kəşfiyyat Departamentində və Moldova Təhlükəsizlik Xidmətində var. Ancaq bu faktların rəsmi Bakıya təqdim edilməsinə indiyə qədər Rumıniya Prezidenti Klaus Yoxannis mane olur. Çünki o Eldar Həsənovla yaxın dostdur. Amma Azərbaycan xüsusi-xidmət orqanları bu materialları Moldova xüsusi xidmət orqanlarından ala bilərlər.
-Daşqın bəy, fərqindəsinizmi, çox ciddi ittihamlar irəli sürürsünüz. Məni bir sual daha çox maraqlandırır: bəs, Azərbaycanın Ukraynadakı Səfiri Elmira Axundova niyə susur, Ukrayna Azərbaycanın vəzifəli şəxsinə cinayət işi açır amma Kiyevdəki səfir heç bir reaksiya vermir? Olmaya, xanım səfirin də bu planda hansısa marağı var?
-Azərbaycanın Ukraynadakı Səfiri Elmira Axundovanın niyə susmasının səbəbini bilmirəm. Hər halda Kiyevdəki səfirin susması yaxşı əlamət deyil, çünki diplomatik skandalın ən yanar yerində məhz Elmira xanım olacaq. Amma Qüdsi Osmanovun Krıma qanunsuz səfərləri, V.Putinlə ictimayyətdən gizli saxlanılan görüşü barədə Azərbaycan müvafiq orqanlarına və Prezident Adminstrasiyasına rəsmi müraciət göndərmişəm.
–Reaksiya verilibmi?
-Reaksiya olamalı idi. Q.Osmanovu fevral ayında təcili olaraq Bakıya cağırdılar. Müvafiq orqanlarda dindirdilər. Həbsi həyata keçirilməli idi. Çünki Moldovadakı səfirlikdə külli miqdarda yeyintinin olması faktları var. Ancaq Qüdsinin həbsinə gücləri çatmadı, milyarder A.Rotenberg onu xilas etdi. Digər tərəfdən, rəsmi Bakıya aydın oldu ki, Qüdsi Osmanov doğrudan da Rusiyaya bağlı adamdır.
-Açığı, mənə inandırıcı gəlmədi. Eldar Həsənov həbs edildiyi halda, Bakıda Qüdsi Osmanova toxuna bilmədilər? Bu nə dərəcədə doğrudur?
-Bu, artıq faktdır. Eldar Həsənovun həbsinin uzadılması da bu məlumatı təsdiqləyir. Təsadüfi deyil ki, onun barəsində Azərbaycan hakimiyyəti konkret qərar verməkdə çətinlik çəkir. Çünki Azərbaycanın A.Rotenbergə gücü çatmadı. Ancaq Ukraynada artıq cinayət işi açılıb. Moldovada da cinayət işinin açılması və Qüdsi Osmanovun “persona-non qrata” elan edilməsi ilə bağlı prosesi başlatmışam. Nəticəsi yaxın zamanlarda ictimailəşdiriləcək.
-Bəs, Moldovada başlatdığınız bu proses niyə bu qədər ləngiyir?
-Moldovada hökümət Rusiya yönümlüdür, bunu nəzərə alın. Moldovadakı hökümət hələ də Rusiyaya bağlı Sosialist Partiyasının nəzarətindədir. Ancaq Prezident xanım Maya Sandu Rusiyanın adamı deyil, Moskvanın maraqlarına qarşı çıxan bir liderdir. Moldova Prezidenti Maya Sanduya artıq bir neçə rəsmi məktub təqdim etmişəm. Moldova Preizdenti ilə isə şəxsi əlaqə yaratmışam. İstənilən dosya dərhal Moldova Prezidentinin özünə təqdim ediləcək. Qaldı ki, Rumıniyanı da unutmaq olmaz. Rumıniya maksimum çalışır ki, Moldovadakı Rusiya “beçinci kolonunu” neytralaşdırsın. Moldova siyasi elitasında da anti-Rusiya meyilli ciddi qruplar çoxdur və hamısı da yaxşı anlayır ki, Moldovanın suveren ərazisi olan Prednestrovyanı məhz 30 ildir ki, Rusiya işğalda saxlayır.
–Qüdsi Osmanova Ukraynanın cinayət işi açmasının başqa hansı fəsadları ola bilər?
-Azərbaycanın dövlət maraqlarına, Ukrayna-Azərbaycan münasibətlərinə hər hansı zərər dəyə bilməz. Artıq hamıya aydındır ki, Qüdsi Osmanov birbaşa Rusiyaya tabe olan səfirdir. Sizin dünən ictimailəşdirdiyiniz video da bunu sübut edir. Rusiyanın adamı deyilsə, rəsmi bir toplantıda Putinin ən yaxınında necə dayana bilir?
Ukrayna və Moldovanın Qüdsi Osmanov barəsində çıxardığı qərar sadəcə biabırçılıq olacaq. Bu məsələ artıq bir neçə ölkənin mətbuatına çıxmaq ərəfəsindədir.
Söhbətləşdi: Heydər Oğuz
Ovqat.com