"Zelenski sivil dünyanın lideri, azadlıq və mübarizə rəmzi, igidlik və inam nümunəsidir"
Bu gün Gürcüstanın gələcəyi Ukraynadan asılıdır. Zelenskiyə Gürcüstanın Milli Qəhrəmanı adı verilməlidir.
Moderator.az xəbər verir ki, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili bunu özünün Twitter səhifəsində yazıb.
Bu gün dost ölkə Ukrayna böyük bir sınaqla üz- üzə qalıb. Rusiya Federasiyası amansızcasına Ukrayna şəhərlərini bombalayır, uşaqları, qadınları və qocaları qətlə yetirir, dincv sakinləri atəş altında saxlayır, uşaq bağçaları və məktəbləri yandırır.
Putin rejimi genişmiqyaslı hərbi əməliyyatlar aparır, öz imperialist niyyətlərini təmin etmək, dünyaya öz təsir dairələrini yeritmək, Sovet İttifaqını başqa formada bərpa etmək və qonşu xalqları uğurlu və xoşbəxt həyatdan məhrum etmək istəyir.
Biz bu mürəkkəb vəziyyəti hamıdan yaxşı bilirik. Axı, 2008- ci ildə Gürcüstan, gürcü xalqı və Gürcüstan ordusu azadlığın keşiyində dayanmışdı.
Bu gün yaxın onilliklərdə dünyamızın necə olması- sülh, demokratiya və inkişafın cənnət diyarı, yoxsa şərin, zorakılığın və diktaturanın məkanı olması məsələsi həll edilir. Bu dəyərlər mübarizəsinin önündə prezident Zelenski və Ukrayna xalqı dayanıb.
Prezident Zelenskinin və Ukrayna xalqının bu fədakar mübarizəsi həm də Gürcüstanın azadlığı və ərazi bütövlüyü, sülh və övladlarımızın təhlükəsizliyi uğrundadır. Ukraynanın qələbəsi Gürcüstanın qələbəsidir.
Ölkəmizin gələcəyi Ukrayna prezidenti və onun komandasının igidliyi, prinsipiallığı və əyilməzliyindən asılıdır. Bizim güclü, təhlükəsiz, azad dövlət, yoxsa Rusiyanın protektoratı altında geridə qalmış ərazi olacağımız bundan asılıdır.
Hamı etiraf edir ki, prezident Zelenski sivil dünyanın lideri, azadlıq və mübarizə rəmzi, igidlik və inam nümunəsidir.
Gürcüstan vətəndaşlarının vahid fikri ondan ibarətdir ki, onun Gürcüstan və gürcü xalqı qarşısında xidmətləri əvəzsizdir.
Öz tərəfimizdən biz fəal hərəkətlərimizlə ona və Ukrayna xalqının qəhrəmanlığına dəstəyimizi ifadə etməliyik. Ona görə də biz prezident Zurabişvilini Gürcüstan xalqı adından Ukrayna prezidentinə Gürcüstanın Milli Qəhrəmanı adı verilməsinə çağırış edirik.