“Gürcü Arzusu” Partiyasının boyuna qəmiş ölçüm. Hakimiyyətsən, güclüsən və xalqın etimadını qazandığına əminsənsə, nədən gürcü xalqının tarixində rol oynayan bir vətəndaşa qarşı qondarma cinayət işi qaldırır, həbsinə qərar verirsən? Bizim hakimiyyət də hərdən cılız hərəkətlər edir. Elə “Gürcü Arzusu” da buna oxşar addımar atır. Qondarma məhkəmə qərarlarını ləğv etsəydilər, Saakaşvili də açıq formada hava limanı ilə gələr, daha gizli yollar haqqında düşünməzdi. Seçkilərdə iştirak edər, səs toplasaydı, keçərdi, toplamasaydı, qayıdıb gedərdi Ukraynaya”.
Bu sözləri Reyting.az-a politoloq Zərdüşt Əlizadə deyib.
Politoloq hesab edir ki, yuxarıda qeyd edilənlər əslində “Gürcü Arzusu” Partiyasının acgözlüyü, kütlüyü və həqiqətən də gürcü xalqı arasında etibarını tədricən itirməsinin əlamətidir.
Onun sözlərinə görə, Saakaşvili Gürcüstanda nələrsə edə bilər: “Saakaşvili qabiliyyətli və bacarıqlı siyasətçidir. Mən, sadəcə, tamaşa edirəm və qiymətləndirirəm. Tamamilə mümkündür ki, Saakaşvili hakimiyyəti götürsün. Gürcü cəmiyyətində 25 faiz fəal insan var ki, Saakaşvilinin qayıtmasına təknədir. Bilirlər ki, Saakaşvili qayıtdıqdan sonra onlar vəzifə alacaqlar, işləyəcəklər, mənsəb sahibləri olacaqlar. Həm özləri qazanacaq, həm də gürcü xalqına nəsə etməyə çalışacaqlar”.
Z. Əlizadə düşünmür ki, Saakaşvilinin hansısa gizli yollarla Gürcüstana daxil olmasının arxasında böyük xarici qüvvələr dayanır: “Bu, onun özünün riskli gedişidir, arxasında hər hansı qüvvə durmur. Bağışlayın, Kiyevdə Saakaşvili mansardan çıxıb binanın damı ilə gedəndə, axmaq Poroşenkonun xəfiyyələri ilə siçan-pişik oynayanda, Ukrayna polisi ilə güləşəndə, maşına minmək istəməyəndə, sərhədi yarıb gedəndə də Saakaşvili tək idi. Bəyəm o zaman arxasında hansısa xarici qüvvə dayanırdı? Saakaşvili vəzifə, hakimiyyət istəyir, üzdə olmaq, iş görmək niyyətindədir. Onun böyük siyasi iştahı var”