"Qərbin Ukraynaya hərbi dəstəyi davam edir".
“Report” xəbər verir ki, bu fikri Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak tviter səhifəsində yazıb.
O xatırladıb ki, müharibənin əvvəlində Rusiyanın tələblərindən biri də Ukraynanın tam silahsızlaşdırılması olub: "Dünyanın 40 müdafiə nazirinin dünənki əlamətdar görüşündən sonra Moskvaya çox pis xəbərim var: Qərbin Ukraynaya silah təchizatı həm sürət, həm həcm, həm də sadələşdirilmiş logistika baxımından əhəmiyyətli dərəcədə artıb”.
