İşğal altında olan Xersonun Ukrayna ordusu tərəfindən azad edilməsi Putin Rusiyasının dağılması prosesinə start verəcək.
Politoloqun fikrincə, Ukraynanın əks-hücum əməliyyatı başlayan kimi uğurun ilk addımı Xersonun azad edilməsi olacaq.
"Dərhal həm "bunkerdə", həm də bütövlükdə Rusiya cəmiyyətində, həm şəxsi, həm də siyasi, sadəcə olaraq, ardıcıl dəyişikliklər başlayacaq. Bundan sonra Rusiyanı arxayınlıqla öz başına buraxmaq olar. Putinin dövləti o qədər süni və saxtadır ki, o elə ziddiyyətlərlə bərqərar olub ki, hərbi fəlakətdən sonra dağılmağa başlayacaq. Bunun üçün çox səy göstərməyə ehtiyac yoxdur”, - deyə Piontkovski bəyan edib.
Sultan Laçın
