Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı İlan adasındakı hərbi əməliyyatların görüntüsünü paylaşıb.
“Report” xəbər verir ki, bunu Silahlı Qüvvələrin Baş Komandanı Valeri Zalujnı feysbukda dərc edib.
“Ərazimizin strateji əhəmiyyətli bölgəsini azad etmək üçün maksimum tədbirlər görən Odessa vilayətinin müdafiəçilərinə təşəkkür edirik. Adanın azad edilməsində mühüm rol oynayan Ukraynanın “Boqdan” özüyeriyən haubitsasının konstruktorlarına və istehsalçıları qarşısında baş əyirəm. Təsir vasitələrini təmin etdikləri üçün xarici tərəfdaşlara təşəkkür edirik
Ukrayna torpağının hər metrini müdafiə etməyə kömək edən və Ukraynanın silahlı qüvvələrinə inanan hər kəsə təşəkkür edirik”, - V.Zalujnı vurğulayıb.