Rusiya Federasiyasının 49-cu Ümumqoşun Ordusunun 205-ci əlahiddə moto-atıcı briqadasının daimi dislokasiya məkanında Ukraynaya qarşı döyüşməkdən imtina etmiş 300 hərbçi haqqında məlumatın əks olunduğu reklam lövhəsi yerləşdirilib.
Qeyd olunur ki, həmin hərbçilərin hamısı Ukraynada döyüş əməliyyatlarında iştirakdan imtina ediblər.
Bundan əlavə, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı 205-ci əlahiddə motoatıcı briqadanın (Stavropol diyarının Budyonovsk şəhərində yerləşən) martın 3-də Mariupol və Zaporojye vilayətinə yerləşdirildiyini bildirib.
“Reklam lövhəsi Ukrayna Baş Qərargahının Rusiya qoşunlarında itaətsizlik və fərarilik hallarının daha tez-tez baş verməsi barədə hesabatını təsdiqləyir”,- deyə "ISW"-nin materialında vurğulanıb.
Sultan Laçın
