Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.
Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 7 saylı cəzaçəkmə müəssiəsinin rəis müavini olan, ədliyyə mayoru Orucov Kənan Nurədin oğlunun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.
Kənana Orucov 2003-cü ildən Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 7 saylı cəzaçəkmə müəssiəsində əmək fəaliyyətinə başlamış və yüksək peşəkrlığına və qabiliyyətinə görə 2017-ci idən işədiyi müəssisədə rəis müavini vəzifəsinə təyin olunmuşvə azırda da bu vəziəni ləyaqətlə yerinə yetirməkdə davam edir.
Kənan Orucov işdən kənar həyada da qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Kənan müəllim səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Kənana Orucova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Kənan Orucovdur.
Biz, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 7 saylı cəzaçəkmə müəssiəsinin qaşısında məhbuslarla görüş üçün toplaşmış qohum-əqrəbalar arasında sorğu apardıq ağız dolusu Kənan Orucovdan danışdılar yaxşı ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 7 saylı cəzaçəkmə müəssiəsinin rəis müavinidir… O, öz isguzarlığı ilə tanınır və seçilir….
Kənan Orucov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Kənan Orucov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!
Kənan Orucovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!
Kənan Orucov müəssisədəki məhbuslara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır! Ona etibar edilən bütün özünü doğruldub. Bizdə hörmətli Kənan Orucovun dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
İfadə Cəfərzadə