AZƏRBAYCAN QANUNVERİCİLİNDƏ İLK
Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyevin ailə üzvlərinin adına olan əmlakların bəzilərinin üzərindən həbs götürülüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahversdiyevin sədrliyi ilə elan olunan hökmdə qeyd olunub.
Hökmdə üzərindən həbs götürülən əmlakların siyasıhını təqdim edirik:
Şıxəliyev Elgün Mövlam oğluna məxsus Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 96 saylı binanın 37 saylı mənzil;
Şıxəliyeva Aybəniz Qinyaz qızı və Müslümova Zinhar Şirqasım qızına məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 39a ünvanında yerləşən daşınmaz əmlak;
Şıxəliyeva Aybəniz Qinyaz qızına məxsus Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, 7 saylı binanın 40 saylı mənzil;
Şıxəliyev Elgün Mövlam oğluna məxsus İsmayıllı rayonu, İstisu kəndində yerləşən daşınmaz əmlak;
Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Mövlam Şıxəliyev və ailə üzvlərinə məxsus bir çox əmlakların üzərinə həbs qoyulub.
Üzərinə həbs qoyulan əmlakların siyahısını təqdim edirik:
Şıxəliyeva Aybəniz Qinyaz qızına məxsus 482.000 manat dəyərində Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 78 ünvanında yerləşən qeyri yaşayış sahəsinin ½ hissəsi,
Şıxəliyeva Aybəniz Qinyaz qızına məxsus 400.000 manat dəyərində Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 93, mənzil 21 ünvanında yerləşən daşınmaz əmlakın ½ hissəsi,
Şıxəliyeva Aybəniz Qinyaz qızına məxsus 214.000 manat dəyərində Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 78, mənzil 6 ünvanında yerləşən daşınmaz əmlakın ½ hissəsi,
Şıxəliyeva Aybəniz Qinyaz qızına məxsus 26.240 manat dəyərində Ağdaş şəhəri, 20 yanvar küçəsi, ev 7 A ünvanında yerləşən 74.97 kv.m sahəsi olan daşınmaz əmlakın ½ hissəsi,
Şıxəliyev Mövlam Məmmədismayıl oğluna məxsus 31.500 manat dəyərində Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, ev 9/25, mənzil 63 ünvanında yerləşən daşınmaz əmlak,
Şıxəliyev Mövlam Məmmədismayıl oğluna məxsus 39.528 manat dəyərində Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, 690a ünvanında yerləşən daşınmaz əmlak,
Şıxəliyev Elgün Mövlam oğluna məxsus 704.985 manat dəyərində Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, ev 7 ünvanında yerləşən daşınmaz əmlak,
Əliyeva Samirə Mövlam qızına məxsus 650.719 manat dəyərində Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, ev 7, mənzil 72 ünvanında yerləşən 167.3 kv.m sahəsi olan daşınmaz əmlak,
Şıxəliyeva Aybəniz Qinyaz qızına məxsus 535.653 manat dəyərində Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, ev 7, mənzil 10 ünvanında yerləşən 137.7 kv.m sahəsi olan daşınmaz əmlak,
Şıxəliyev Mövlam Məmmədismayıl oğluna məxsus 35.000 manat dəyərində Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, ev 7 ünvanında yerləşən 35 kv.m sahəsi olan daşınmaz əmlak (zirzəmi),
Şıxəliyeva Aybəniz Qinyaz qızına məxsus 1.452.000 manat dəyərində Bakı şəhəri, Nərimanov rayonu, M.Əlizadə küçəsi, ev 134a ünvanında yerləşən 403.3 kv.m sahəsi olan daşınmaz əmlak,
Əliyeva Samirə Mövlam qızına məxsus 257.172 manat dəyərində Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 686q ünvanında ünvanında yerləşən 214.3 kv.m sahəsi olan daşınmaz əmlak,
Şıxəliyeva Aybəniz Qinyaz qızına məxsus 37.600 manat dəyərində Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 686k ünvanında yerləşən daşınmaz əmlak,
Şıxəliyeva Aybəniz Qinyaz qızına məxsus 1.305.240 manat dəyərində Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 685V ünvanında yerləşən 1087.7 kv.m sahəsi olan daşınmaz əmlak,
Şıxəliyeva Aybəniz Qinyaz qızına məxsus 17.000 manat dəyərində Ağdaş şəhəri, H.Hacıyev küçəsi, ev 26 ünvanında yerləşən 197 kv.m sahəsi olan daşınmaz əmlak müsadirə edilib.
Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Mövlam Şıxəliyev 12 il müddətinə azadlıqdan məhrum edilib.
Onunla birlikdə mühakimə olunan ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi Baş İstintaq İdarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov 10 il 6 ay, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov 12 il 6 ay və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Zamində alan Yasin Məmmədov, Sahib Ələkbərov və Vüsal Ələkbərovun barəsində həbs-qətimkan tədbiri seçilib. Onlar məhkəmə zalından həbs edilib.
Mövlam Şıxəliyevin general-mayor rütbəsindən məhrum edilməsi barədə Prezidentə təqdimat göndərilməsi barədə qərar çıxarılıb.
İttihama görə, Mövlam Şıxəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adalarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.
İstintaqla Mövlam Şıxəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.
Dəstə üzvlərinin qanunsuz əməllərindən iş adamları Qurbanov Mehrac Qurban oğlu, Cəfərov Etibar Vahid oğlu, Qurbanov Akif Teymur oğlu, Abdullayev Orxan Elman oğlu, Hacıyev Cavidan Mustafa oğlu, Musayeva Railə Rafkat qızı, Əliyev Kəramət Etibar oğlu, Əliyev Zaur Ağahüseyn oğlu, İsmayılov Afət Davud oğlu, Rəşidov Azad Niyazi oğlu, Səfərov Hüseyn Nəriman oğlu, Salahov Müsənnif Hilal oğlu, Seyidov Ceyhun Mahmud oğlu, Mirzəyev Əhməd Məhəmməd oğlu, İsmayılov Sərdar Əhməd oğlu, Əliyev Elvar Layıq oğlu, Nəcəfov Seyran Burhan oğlu, Kərimov Rauf Faiq oğlu, Bağırov Qulam Davud oğlu, Baloğlanov Qüdrət Baloğlan oğlu, Zeynalov İbrahim Məhəmməd oğlu, Həsənov Rauf Qasım oğlu, Əliyev Ələddin Hüseyn oğlu, Heydərov Anar Sadıx oğlu, Sultanov Bahəddin Abdulla oğlu, Mədətov Elşən İsmayıl oğlu, Ağamalıyev Ağasalam Mövlud oğlu, Rzayev Namil Heydər oğlu, Əliyev Etibar Mahmud oğlu, Kazımov Nizami Firudin oğlu, Həsənəliyev Əfsəl Xanlar oğlu və Bayramova Esmira Məcid qızı zərər çəkiblər.
Müəllif: Hacı Zeynalov