Və yaxud Naxçıvan quldarlıqdan kapitalizmə necə qədəm qoydu?
Çoxdandır barəsində hansısa qərarın veriləcəyi gözlənilən Azərbaycan Respublikasının Müdafiə nazirinin müavini, Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-polkovnik Kərəm Mustafayevlə bağlı ilginc informasiyalar yayılıb. DİA.AZ bildirir ki, K.Mustafayevin başı üzərində "qara buludlar peyda olub". Bu barədə saytımıza daxil olan informasiyada deyilir.
Mənbə iddia edir ki, Kərəm Mustafayevlə bağlı MN rəhbərliyi hərəkətə keçmə əmrini alıb: "Təbii ki, burada ali siyasi iradənin olması şəkssizdir. Bu isə o deməkdir ki, Kərəm Mustafayev mütləq cəzalandırılacaq. Sadəcə olaraq, hansı formada?.. Bu barədə qərarın necəliyi də "yuxarıların" iradəsindən asılıdır..."
Mənbə iddia edir ki, K.Mustafayev keçən həftədən Bakəıya gətirilib: "Bəli, məhz gətirilib. Onunla bağlı qərar bu həftə bəlli ola bilər..."
Əlavə bilgilərimiz olacaq. İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...