Əvvəlki illərdən fərqli olaraq, hakim komandaya yeni qatılan kadrların fəaliyyətindəki yarıtmazlıq üzə çıxan kimi ölkə başçısı onu dərhal kənarlaşdırır. Son 2-3 ildə bununla bağlı presedenlərin olması da bunu təsdiq edir.
İfadetv.com bildirir ki, Gununsesi.info-nun hökumətdəki mənbələrdən əldə etdiyi xəbərə görə, yaxın zamanlarda Azərbaycanın Gənclər və idman naziri Fərid Qayibov da öz postu ilə vidalaşacaq
Bu barədə danışan mənbəmiz iddia edib ki, ötən dövr ərzində gənc nazirin qarşısına qoyulan vəzifələrə nail olunmayıb.
Məlumatda o da qeyd olunur ki, Fərid Qayıbovu bu postunda Milli Məclisin deputatlarından biri əvəz edəcək.