“Qayğıya Ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək” İctimai Birliyin sədri Yasəmən Qəyyumlu və Birliyin icraçı direktoru professor, plastik estetik və rekonstruktiv cərrah Mirəzim Zaidov Novruz bayramı ilə əlaqədar həm aprel döyüşünün, həm də 44 günlük haqq savaşının iştirakçısı, qəhrəman qazi Vidadi Əliyevi ziyarət edib. Hər tərəfli dövlət qayğısı ilə əhatə olunan Vidadi Əliyev ölkə başçısı, Ali Baş Komandan cənab İlham Əliyevdən, Birinci Vitse Prezident Mehriban xanım Əliyevadan və ona dəyər verən hər kəsdən razı qaldığını bildirərək vurğulayıb ki, tək ehtiyacım mənəvi dəstəkdir.
Üç oğul atası olan Vidadi söhbət zamanı onların gələcəyi naminə yaşamalı olduğunu deyib. Bizdə onun arzularına qoşulur və onlara xoşbəxt gələcək arzulayırıq.
Fərid Səfərov
Birliyin mətbuat katibi