İranın İsrailə cavab raket hücumları nəticəsində azı 4 nəfər ölüb, 70 nəfər yaralanıb.
Bu barədə “The Jerusalem Post” təcili yardım xidmətinə istinadən məlumat yayıb.
Daha əvvəl İranın İsrailə endirdiyi raket zərbələri nəticəsində 1 nəfərin öldüyü, 63 nəfərin yaralandığı bildirilirdi.
