Azərbaycanın illərdir müharibə şəraitində yaşaması, ölkədə hələ də davam edən bəzi sosial problemlər eyni zamanda xarici güclərin bizə təzyiqlər etdiyi vaxtda idman sahəsi həmişə prioritet sahələrdən hesab olunaraq büdcədən milyardlarla vəsait onun inkişafına xərclənib. Məsələ təkcə maddi vəsaitdən də getmir, eyni zamanda ölkə başçısı şəxsən ən kiçik idman qurğularının açılış və yoxlaması da işin ciddiliyindən xəbər verir.
Bütün bunlar onun üçündür ki, Azərbaycan xalqı orduda, elmdə, sağlamlıqda, mədəniyyətdə və digər sahələrdə daha çox inkişaf etsin. Axı “Sağlam bədəndə sağlam ruh olar”. Amma bu ruh heç də İmişli sakinlərinin bədəninə rahat girmir. Bunun üçün kimsə 50azn, kimsə 30azn, kimsə 20azn ödəyir. Hətta 5 manata da İmişli İdman Kompleksində “yüngülvari” idmanla məşğul olub razı qala bilərsiz. indi isə keçək daha ətraflı bölməsinə.
Belə ki, redaksiyamıza məlumat verən vətəndaş bildirir ki, uzun zamandır bəzi media qorqanlarına bu problemlə bağlı müraciət etsəm də, məsələnin ictimailəşməsinə əngəllər yaranıb. O, əlavə edib ki, hal-hazırda İmişli Olimpiya İdman Kompleksinə Gənclər İdman İdarəsində aparıcı məsləhətçi işləmiş Mehrəliyev İsmayıl rəhbərlik edir. Rayon sakinləri əsasən kənd təsarüfatında işlədiyindən imkanlı insanlar nisbətən azdı. Bu da hər kəsə imkan vermir ki, idman kompleksinə pul ödəsin. Amma yeni rəisin qaydalarına görə hər bir addıma görə də pul alırlar.
Üzgüçülüklə məşğul olan uşaqların və böyüklərin ayrıca qiymətləri 30 manat və 50 manat arası
(Su hovuzları gigiyenik qaydalara cavab vermir, dəri-zöhrəvi xəstəliklərə qarşı heç bir tədbir görülmür).
Futbolla məşğul olan şəxslərdən adambaşına 4-10 manat arası pul yığırlar.
Olimpiya İdman növü olan Güləşdən 20-35 manat arası pul yığılır.
Cüdodan
Kinq boksdan
Əvvəllər bu Olimpiya Kompleksinə Psixatriyanın baş həkiminin oğlunu rəhbər təyin ediblər. Sonradan isə, işlər yaxşı getmədiyi üçün həmin şəxsi işdən uzaqlaşdırıblar.
Bir neçə ay öncə, İmişli İdman Olimpiya Kompleksinə, Gənclər İdman İdarəsində aparıcı məsləhətçi olan Mehrəliyev İsmayılı rəis təyin ediblər. Bu arada xatırladaq ki, İmişli Gənclər və İdman İdarəsinin rəisi Abdulov Ceyhundur. Abdulov Ceyhunun problemlərə biganə qalması insanların idman arzularını bir az da uzaqlara aparır. Sanki hər kəs idman kompleksinə bir “ata mülkü” kimi baxır. Axə kasıb insanların 3-5 manatı ilə nəyə nail olmaq olar.
Ölkə başçısı və Birinci Vitse-prezident Mehriban Əliyevanın idmana bu qədər ayırdığı diqqətin fonunda Mehrəliyev İsmayıl və İmişlidəki digər aidiyyəti şəxslər öz işində-gücündədir. İmişli sakini onu da qeyd edir ki, son vaxtlar İmişli rayonunda idmanla məşğul olan və əsasən də peşəkar idmanla məşğul olanlar kəskin azalıb. Çünki maddi imkanlar idmana pul ayırmağa macal vermir. Ödəniş olunmasa da, adamı kompleksin həyətinə belə buraxmırlar.
Biz peşə fəaliyyətimizi yerinə yetirərək, böyük bir rayonun probleini işıqlandırdıq. İndi qalır İmişlidə idmana cavabdeh olan şəxslərə. Tənqiddən nəticə çıxarıb məsələni yoluna qoymaq lazımdı. Axı “qaramaskalı əmilər”(DTX) o başıbəlalı rayondan yenicə qayıdıb. Həm də rayonun birinci adamını qandallayıb gətirib Bakıya. Belə böyük həyəcan təbilini görməmək ən azından bacarıqsızlıqdır. Redaksiyamız olaraq, reportajda adıçəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq..
https://youtu.be/Et1fvHxMyWk