“Artıq 60 yaşım var. Bir neçə aya təqaüdə gedəcəm. Guya, vəzifəmdən bir neçə il öncə baş verən avtoqəzaya görə azad edilməyim barədə bəzi saytların yazdığı uydurmadır”.
Bunu Gununsesi.info-ya açıqlamasında Şəmkir Rayon Polis Şöbəsinin Kür Polis Bölməsinin rəisi, polis polkovniki Ədalət Sadıqov vəzifəsindən azad edilərək, rayon polisində təhqiqatçı təyin olunması barədə əmrə münasibətində deyib.
Sabiq polis rəisi bildirib ki, məlum olay zamanı onun hər hansı bir günahı müəyyən olunmayıb: “Təəssüf ki, hadisəyə səbəb həmin şəxsin gec qaranlıqda magistral yola çıxması olmuşdu. O hadisədən uzun zaman keçib. Ona görə də mənimlə bağlı qərarın bu olaya hər hansı bağlılığı yoxdur”.
Onu da qeyd edək ki, Ədalət Sadıqov Nofəl Məhərrəmovdan sonra Nizami rayon polis idarəsinin rəisi olub.
Elmar
Gununsesi.info