sosial şəbəkə fəalı Талиб Эедов ürək ağrısı ilə aşağıdakı statusu feysbukda öz səhifəsində paylaşıb:
"Талиб Эедов
10 ч. ·
Vətəndaşın cibindən pulu çıxarmağın yollarını elə fikirləşirlər ki, Nyuton sağ olsaydı, məəttəl qalardı.
Hətta Allahın çaylarına da sayğac qoymağı fikirləşib tapdılar.
Qəpik-qəpik, manat-manat qazinin, şəhidin, əlilin sahibların varını-yoxunu alıb yığırlar büdcəyə, sonra da qohumlarına, dostlarına paçka-paçka paylayırlar.
Samir Adıgözəlli neçə vaxtdır ki, QHT-ların büdcəni necə talaması haqqında yazılar paylaşır. Nə Adgözəllini çağırırlar ki, bu nə faktlardır? Nə də həmin pulları göyə sovuranlara bir söz deyən yoxdur?
Aşağıdakı şəkildə 44 günlük Vətən Müharibəsində şücaətinə görə 3 medal almış qazi Məlik Məlikovun körpə balaları ilə, ailəsi ilə yaşamağa çalışdığı Astara rayonu, Silə kəndindəki evidir. Ev demək olarsa.. Belə
İnsanların boğazından kəsilən pulu necə yemək olar?
Azərbaycanın acı reallığı budur. Vətəndaşın beş manata görə işığı kəsilir. Tender yolu ilə həmin yığılan pullar göyə sovrulur.
Suyun pulunu ödəmirsən, anında kəsilir. Qorxmazın hamamlarında isə su “levi”dir. Evlərinin, obyektlərinin sayı hesabı yoxdur. O qədər yazdılar, nə oldu axırı? Birini də Əhmədlidə tikdi..
Qaz o gündə, kanalizasiya o gündə..
Yazmağa baxan yoxdur ee ,qardaş! Sadəcə hirsimizi belə soyuduruq. Yazdıqlarımızı heç həmkarlarımız da paylaşmır. Demək olar ki, çoxu çirkaba bulaşmış məmurlarla “əməkdaşlıq” edir."
Facebook-da paylaş