Ruslar 44 günlük müharibədə olduğu kimi sentyabr döyüşlərində də bütün gücü ilə Azərbaycan Ordusuna qarşı aktiv iştirak etdilər
“Rusiya Ermənistan hərbi qüvvələrinin Qarabağda qalmasında maraqlıdır”.
Bunu erməni hərbi ekspert Davit Camalyan “Hraparak”a müsahibəsində deyib.
Ekspert hələ də Qarabağda – Azərbaycan ərazisində Ermənistan ordusunun qalıqlarının olduğunu etiraf edib və vurğulayıb ki, bunda Rusiyanın rolu böyükdür.
“Qarabağda erməni faktoru Rusiyaya sərfəlidir. Onlar Ermənistan ordusunun Qarabağda mövcudluğunun davamına hər cür töhfə verməyə, döyüş potensialını bərpa etməyə çalışırlar”, – Camalyan bildirib.
Ekspert ötən ilin sentyabrında Ermənistan-Azərbaycan şərti sərhədində baş vermiş toqquşmada ölkəsindəki Rusiya hərbçilərinin davranışlarına da diqqət çəkib.
“Düz bir il əvvəl döyüşlər (şərti sərhəddə) gedən zaman Rusiyanın 102-ci hərbi bazası öz tapşırığını yerinə yetirdi. Deyilənə görə, bazanın qarşısına döyüş məsələsi qoyulub və bunu həll etmək üçün yola çıxıblar. Rusiya aviasiyası o günlərdə bu məsələni həll etdi”, – Camalyan vurğulayıb. (globalinfo.az)
P.S.Xatırladaq ki, 1 il əvvəl sərhəddə baş vermiş 3 günlük döyüşlər zamanı Azərbaycan Ordusu 80 nəfər şəhid vermişdir. Bu gün kifayət qədər məlumatlı şəxs olan Camalyan bildirir ki, Rusiyanın 102-ci bazasının aviasiya və texnikası bu döyüşlərdə öz işini ( xidmətini") icra etdi. Yəni, Ordumuzun mövqeləri havadan bombalandı və xüsusi təyinatlılar yuxuda olan əsgərlərimizi qətlə yetirdilər. Elə 44 günlük müharibə zamanı da RF-nın 102-ci hərbi bazasının 90 % hərbi texnika və şəxsi heyəti də erməni tərəfdən Azərbaycana qarşı vuruşmuşdu. Yoxsa ki, müharibənin başlandığının 2-ci günü Qarabağda yerləşən tankların sayı 160-dan 310-a qədər neçə çatdı? Düşmənimizi tanımağın vaxtı deyilmi, cənablar?
Ətraflı videoda:
Tamerlan Yayaqan