“Ermənistan baş naziri Nikol Paşinyan bir neçə gün öncə bəzi dövlət başçıları ilə telefon əlaqəsi yaradan zaman Kremlə də zəng edib, lakin cavab verən olmayıb”.
Globalinfo.az xəbər verir ki, bu barədə erməni mediası yazıb.
Bildirilib ki, zənginin cavabsız qaldığını görən Paşinyan Rusiya lideri Vladimir Putinə məktub yazıb.
Qeyd edək ki, bir qədər əvvəl V.Putin də N.Paşinyanın ona məktub yazdığını açıqlamışdı. Bu, erməni baş nazirin zənginin cavabsız qalması iddiasının gerçək olduğunu göstərir.
Tamerlan Yayaqan