DİA.AZ: - Dünən məlum oldu ki, Azər Zeynalov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini vəzifəsindən istefa verib. Qeyd edək ki, yerli KİV-də Azər Zeynalov Naxçıvan MR Ali Məclisinin sabiq sədri Vasif Talıbovun əsas adamı kimi xarakterizə olunurdu...
DİA.AZ-a daxil olan son məlumatlardan isə belə anlaşılır ki, Azər Zeynalov bununla yaxasını kənara çəkə bilmyəcək və ondan hesab sorulacaq.
DİA.AZ-a danışan mənbə bildirir: "Əslində o vəzifədə olanda da hesabat verirdi. Və o, `İSTİFADƏ MÜDDƏTİ`başa çatdığından istefaya göndərildi. İndi isə barəsində hüquqi işləmlər baaşlaaya bilər".
Mənbə əlavə edir ki, Azər Zeynalovun həbsi də gündəmdədir: "Onun ayağında külli miqdarda mənimsəmə faktı var..."
Əlavə bilgilərimiz olacaq. bizi izləməyə davam edin. İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...