Belə getsə Gürcüstanda bir əl qandallı qalmayacaq
"Hökumət seçkilərə qədər amnistiya qanununu qəbul etməyi planlaşdırır".
Bizimxeber.az bildirir ki, bu barədə Gürcüstanın baş nazir İrakli Kobaxidze parlamentdə hesabat verərkən bildirib.
Kobaxidze deyib ki, amnistiya qanunu sentyabrda, parlament seçkilərinə bir ay qalmış qəbul ediləcək. Onun sözlərinə görə, bu gün cəzaçəkmə müəssisələrində 10 minə yaxın məhkum var və onların sayının xeyli azaldılması vacibdir.
“Artıq Gürcüstan Cinayət Məcəlləsindən şəxslərin amnistiya qaydası ilə azadlığa buraxılması ilə bağlı ola biləcək müvafiq maddələrin və bəndlərin siyahısı tərtib edilib. Yaxın günlərdə müvafiq qanun layihəsinə təşəbbüs göstərməyi planlaşdırırıq.
Qeyd edək ki, bu qanun qəbul olunarsa, azyaşlılara qarşı cinayət törətməkdə təqsirli bilinənlər istisna olmaqla, demək olar ki, bütün məhbusların cəza müddəti azalacaq.