İfadetv.com xəbər verir ki, 01 iyul 2024 -cü il tarixində Nərimanov rayon 5 saylı uşaq poliklinikasında ölüm hadisəsi baş verib. Həkim Mehriban Cəfərova 2019-cu il təvəllüdlü Vəkilli Mirbəhram Mirqulam oğlunun dişini çəkərkən azyaşlının halı pisləşib ,edilən müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək olmayıb. Məsələ ilə bağlı AzTimes.az-a danışan ana bildirib ki, uşaqla həkimə getdik, heç bir problem yox idi. Həkim oğlumun iki dişini çəkdi. Onun halı anidən pisləşdi, rəngi göyərdi, ayılda bilmədik.
Mərhumun anası onu da əlavə etdi ki, həkimdən şikayətçi deyillər buna səbəb isə həyat yoldaşının belə məsləhət bildiyini dedi.
Məsələ ilə bağlı TƏBİB verilən sorğunu cavablamayıb
Hadisə ilə bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma başladılıb.
Son aldığımız məlumatdan aydın olmuşdur ki, 5 yaşlı uşaq Mirbəhram hələ normal danışa bilmirmiş - kəkələyirmiş. Ona görə də həkim birinci dişi çəkdikdən sonra yara yerinə qoyulmuş tampon pambıq uşağın boğazına gedib. Həkim isə buna əhəmiyyət vermədən ikinci dişi şəkmişdir. Bu zaman uşağın nəfəs borusnda ilişib qalan pambıq onun boğulmasına səbəb olub və uşaq həkimin cərrahiyə stolundaca keçinib. Nərimanov rayonProkurorluğunda isə iş necə araşdırılıbsa, meyit ekspertizaya təqdim edilməyib və dərhal dəfn üçün icazə verilib. Yəni, nədənsə tələb olunan ibtidai təhqiqat işlərinin aparılması "yaddan çıxıb". Hazırda bu istiqamətdə araşdırmalarımız davam edir.
Həkim səhlənkarlığı nəticəsində vəfat etmiş 5 yaşlı uşaq
Xatırladaq ki, son vaxtlar əvvəllər diş həkimləri yanında texnik işləyən bəzi işbazlar sonradan özlərinə icarəyə götürdükləri diş həkimi kabinetində həkim kimi fəaliyyət göstərmələri artmışdır. Hətta iş o yerə gəlib çatıb ki, təhsili olmayan bu adamlar vətəndaşlara implant diş qoymaqla da qanunsuz formada pul qazanmağa girişiblər. Məslən , elə Nərimanov rayonunda, Metroparkla üzbəüz yerləşən binanın ikinci mərtəbəsində özünə icarə yer götürən, əslən Naxçıvandan olan Araz adlı dələduz ayrı-ayrı vətəndaşlardan iş qurmaq adı ilə, çoxsaylı implant materiallar almaq və s. adı altında təxminən 350000 manat pulu mənimsəyərək sonda cari ilin mart ayında ailəsini və iki oğlunu Bakıda kirayə evdə qoyaraq Rusiya Federasiyasının Surqit Vilayətinə qaçmışdır. Araşdırmamız zamanı məlum olmuşdur ki, Araz heç bir təhsilə malik olmasa da savadlı diş həkimlərinin yanında texnik kimi işləməyə başlamış və birdən Nərimanov rayonunda son iki ildə diş həkimi kimi peyda olmuşdur. Gördüyü keyfiyyətsiz işlərinə görə onu bir neçə nəfər pasient hətta Nərimanov Rayon Məhkəməsinə də iddia qaldırmışdır. Tezliklə ifşa olunacağından qorxan dələduz "HƏKİM" vətəndaşlardan pul və material götürərək satmış və qaçmışdır. Bəli, belə dələduzlar cəmiyyətdə artmaqdadır. Səhiyyə Nazirliyinin əlaqədar strukturları isə belələrini yerində ifşa etməkdə nədənsə tələsmirlər.
İfadetv.com