Rusiyada illik inflyasiya iyulda pik həddinə çatacaq və avqust-sentyabr aylarında onun tədricən azalması gözlənilir.
Bizimxeber.az bildirir ki bunu “Rossiya 24” telekanalının efirində Rusiya Bankının sədr müavini Aleksey Zabotkin deyib.
"Yəqin ki, biz illik inflyasiyanın pik nöqtəsini indi, iyulda görəcəyik... Avqust-sentyabr aylarından etibarən illik inflyasiyanın tədricən azalacağını gözləyirik", - Zabotkin bildirib.
Onun sözlərinə görə, inflyasiyanın pik göstəricilərinə nail olunması mənzil-kommunal xidmətlərin tariflərinin artırılması ilə bağlıdır.