Və yaxud diplomu şübhəli, müharibə dövrü fərarilik etmiş və "çiyələk" ayaması qazanmış birisinin yenidən deputat olması kimlərə təhqirdir?
1 sentyabrda Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərin təşviqat kampaniyası çərçivəsində gündəmə gələn seçki dairələrindən biri 114 saylı Şəki-Qax kənd seçki dairəsidir.
Xatırladaq ki, dairədə VI çağırış Milli Məclisin deputatı Vüqar İskəndərovun əsas rəqibləri Müsavat Partiyasının təmsilçisi Tahir Səfərov, REAL Partiyanın təmsilçisi Razim Rzayev və keçmiş müsavatçı, hazırda bitərəf Adil Qeybulladır və həmin dairədən əvvəllər də deputat seçilmiş məşhur iqtisadçı Əli Məsimlidir.
Dairədə gedən hazırkı proseslərlə bağlı namizəd Tahir Səfərovun dövri mətbuata verdiyi müsahibədən aydın olur ki, ona hakim partiyanın təmsilçisi Vüqar İskəndərovla ortaq dostları namizədliyini geri götürməsi ilə bağlı zəng edirlər: "Rahat şəkildə təşviqatımızı aparırıq. Hərdən bəzi məntəqələrin savadı olmayan nümayəndələri posterləri yapışdırmaq üçün müdirdən icazə istəyirlər. Təzyiqlər yuxarı səviyyədə deyil. Hansısa icra strukturu, yaxud dairədən, güc orqanlarından yox, Vüqar İskəndərovla ortaq dostlar tərəfindən zənglər olur ki, namizədliyini geri götür. Yəni fərdi şəkildə deyirlər. Onlara əhəmiyyət verməmişəm. Fərdi şəklində mən də deyə bilərəm. Anladıqları budur. Əgər mənə qarşı həddini aşan ciddi qanun pozuntusu olsa, tapşırmışam ki, sosial şəbəkələrdə işıqlandırılsın”.
T.Səfərli rəqibi Vüqar İskəndərovun təşviqat üçün keçirilən görüşlərinə Şəki Mərkəzi Xəstəxanasının kollektivinin məcburi şəkildə aparılması barədə məlumatlara da münasibət bildirib: "Mən ümumi fikir bildirdim ki, qapalı şəraitdə 500 nəfərlik yeri doldurası qüvvəm, imkanım yoxdur. Sosial şəbəkədə "Vüqar İskəndərov” yazın, baxın. Görəcəksiniz ki, görüşlər eyni formatdadır, müəllimlər, həkimlərdir. Zorla 50-500 adamı yığıb görünüşcə gözəl, lakin keyfiyyətsiz görüş keçirməkdənsə, az sayda adamla, küçədə, orda-burda görüşmək daha yaxşıdır. Mənim də aldığım məlumatlara görə, Vüqar İskəndərovun görüşünə gedənlər kütləvi şəkildə idarə, təşkilat, hansısa müəssisə işçiləridir.
Bəli, hələ 2020-ci ilinin fevralında keçirilən sekçilər zamanı V.İsgəndərovun 113 saylı Şəki şəhər seçki dairəsindən necə deputat seçilməsilə bağlı apardığımız müşahidələr nəticəsində bir sıra arqumentləri ictimaiyyətə açıqlamışdıq. Doğrudur, o vaxt guya Şəki sakinləri sözün həqiqi mənasında öz zəhməti, bacarığı və qabiliyyəti sayəsində akademik tituluna malik , tarixçi alim Yaqub Mahmudovu bir karateçi olaraq əvəzləsə də, onun necə ali təhsil alması, Azərbaycan Ordusunda 1-ci Qarabağ Müharibəsi dövründə necə fərarilik etməsi və s. faktları ictimailəşdirmişdik.
deputatlıq kürsüsündə məşhur akademiki fərari karateçi əvəz edəndə
Deputatlıq dövründə isə V.İsgəndərovun öz sekicilərilə görüşü zamanı onlara nəyin “müqabilində” problemlərinə köməklik göstərməsini də qeyd etmişdik. Və onu da bildirmişdik ki, hər Şəki səfəri zamanı ən yaxın dost-tanışlarına bir çay süfrəsi təşkil etməklə işini bitmiş hesab etmiş, onların problemlərinə qulaq asmaq üçün vaxt itirməyi də özünə rəva bilməmişdir. İndi yenidən Əli Məsimli kimi, professor Adil Qeybulla kimi ictimaiyyət tərəfindən yüksək rəğbətlə qarşılanan namizədləri yenə də əvvəlki kimi saxtakarlıqla özünü seçdirməyə can atması artıq özünü Tahir Səfərliyə qarşı etdirdiyi zəng təzyiqlərindən də görünür. Ona görə də bird aha cənab V.İsgəndərlinin yaxın keçmişini yada salmaq istəyirik ki, heç olmasa özü ilə digər nüfuzlu namizədlər arasınmdakı həm intellectual, həm qabiliyyət, həm savad, həm təvazökarlıq və s. parametrlər üzrə özünü “TƏRƏZİ”yə qoyub əvvəlcə yoxlasın. Əfgər yoxlaya bilmirsə, o zaman biz də cənab İsgəndərliyə bir neçə xatırlamanı yada salaq:
BÜLBÜL KİMİ DANIŞAN DEPUTATIMIZ VAR BİZİM"
Deputat Vüqar isgəndərovun 2021-ci ilin noyabr ayında Milli Məclisdəki "MÖHTƏŞƏM" çıxışı
“Hələ, 2020-ci ildə, növbədənkənar keçirilməsi nəzərdə tutulan deputat seçkiləri ərəfəsində, 113 saylı Şəki şəhər seçki dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Vüqar Yapon oğlu İskəndərovun tərcümeyi-halında bir sıra ciddi çatışmazlıqların olduğu barədə araşdırma məqalə yaymışdıq. Lakin çox təəssüflər olsun ki, tərcümeyi-halındakı şübhəli məqamlara həmin dövrdə nə Vüqar İskəndərov, nə YAP, nə də Mərkəzi Seçki Komissiyası heç bir aydınlıq gətirmədi. Nəticədə, Şəkidə “çiyələk” ayaması ilə tanınan Vüqar İskəndərov akademek Yaqub Mahmudovdan “güclü” çıxaraq VI çağırış Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçildi. Hazırda Hüquq siyasəti və dövlət quruculuğu, gənclər və idman kömitələrinin üzvü kimi fəaliyyətini davam etdirir.
Üstündən bir il keçdikdən, yəni Milli Məclisdə yerini möhkəmləndirdikdən sonra deputat Vüqar İsgəndərov dövrü mətbuatda tərcümeyi-halındakı qaranlıq məqamlara aydınlıq gətirən açıqlamalar verib. Amma zənimizcə bu açıqlama ilə karateçi deputat özünü bir daha ifşa etmişdi.
Əvvəlcə Vüqar İskəndərovun “Vikipedia”ya yerləşdirdiyi tərcümeyi-halının növbəti hissəsinə nəzər salaq. Vüqar İskəndərovun birinci problemi təhsili ilə bağlıdır. O tərcümeyi-halında göstərir ki, 1996-cı ildə Gürcüstan Respublikası Laqodexi Elmi Tədris institutunun hüquq fakültəsinə daxil olmuş, 2001-ci ildə həmin institutu hüquqşünas ixtisası üzrə bitirmişdir. 2012-ci ildə isə Azərbaycan Dövlət Aqrar Universitetinin İqtisadiyyat fakültəsinə daxil olmuş, 2014-cü ildə həmin universiteti iqtisadçı ixtisası üzrə bitirmişdir. Vüqar İsgəndərovun 1996-cı ildə Gürcüstanın Laqodexi Elmi Tədris İnstitutunun Hüquq Fakültəsində qiyabi təhsil aldığı, həmin institutin isə Təhsil Nazirliyinin Nostrifikasiya (Xarici diplomların tanınması və ekvivalentliyinin müəyyən edilməsi) İdarəsinin 16.05.2017-ci il tarixli siyahısında yer almadığı qeyd edilir. Bəri başdan qeyd edilməlidir ki, Gürcüstan Respublikası ərazisində təhsil boloniya sistemi üzrə aparıldığından ali məktəblərdə qiyabi təhsil ləğv edilmişdir. Buna baxmayaraq Gürcüstan Respublikasının Laqodexi Elmi-Tədris İnstitutunun diplomu Azərbaycan Təhsil Nazirliyindəki məmurların maddi maraqları daxilində belə bir şübhəli diplom tanınıb. Bu barədə axar.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib.
Nazirlikdən qeyd edilib ki, Laqodexi Elmi-Tədris İnstitutunun 1992-2005-ci illər ərzində akkreditasiyası olub.
Qeyd edək ki, ötən yazılarda deputat Vüqar İsgəndərovun ilk təhsil aldığı məkanın o qədər də tanınmayan ali məktəb olduğunu, diplomunun isə hazırda tanınmadığını bildirmişdik.
Deputat Vüqar İsgəndərovun tərcümeyi-halında onun 1996-cı ildə Gürcüstan Respublikası Laqodexi Elmi Tədris İnstitutunun Hüquq fakültəsinə daxil olduğu və qiyabi təhsillə 2001-ci ildə həmin institutu hüquqşünas ixtisası üzrə bitirdiyi göstərilib.
Beləliklə, onun təhsil aldığı dövrdə sözügedən ali məktəbin diplomu Azərbaycan Təhsil Nazirliyi tərəfindən tanınırmış, hazırda isə doğrudan da tanınmır.
Bir müddət öncə cənab deputat təhsili ilə bağlı xəbərlərə də münasibət bildirib. O, diplomlarının təsdiq edildiyini bildirərək sənədləri göndərib: “Laqodexidə Dövlət İnstitutunun hüquq fakültəsini qiyabi bitimişəm. 2011-ci ildə diplomum Təhsil Nazirliyi tərəfindən tanınıb.
Göründüyü kimi, doğrudan da deputat Vüqar İsgəndərovun mətbuata təqdim etdiyi diplom tanınıbmış. Bu Təhsil Nazirliyi tərəfindən 2011-ci ildə ona təqdim edilmiş şəhadətnamədən də görünür. Lakin buradan ortaya suallar çıxmağa başlayır. Əgər Vüqar İskəndərovun diplomu 2011-ci ildə tanınıbsa, deməli onun Laqodexi Elmi-Tədris İnstitutundan 2001-ci ildə əldə etdiyi diplomu 10 il heç bir hüquqi statusa malik olmayıb. Belə olan halda cənab V.İsgəndərovun əmək fəaliyyətinə yenə diqqət yetirmək zorunda qalırıq.
· 1999-cu ilin 1 aprelindən 2000-ci ilin 3 yanvarına kimi Şəki rayon Kooperativlər İttifaqında aparıcı hüquqşünas, 2001-ci ilin 7 fevralından 2005-ci ilin 26 dekabrına kimi Şəki MRX-nın hüquq məsləhətçisi vəzifələrində çalışmışdır.
· Vüqar İskəndərov 2005-ci il 29 dekabr tarixindən Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi təyin olunmuşdur. O, Yeni Azərbaycan Partiyasının Şəki Təşkilatı sədrinin müavini, Şəki şəhər İcra Hakimiyyəti başçısı yanında şuranın üzvü, 2010–2015 ci ildə Şəki Pedaqoji Kollecin Dövlət İmtahan Komissiyasının sədri olmuşdur.
Bax bu yerdə təbii suallar ortalığa çıxır: Necə olur ki, adam 1999-cu ildən 2011-ci ilədək, yəni diplomu Azərbaycan Respublikasında hüquqi status alanadək müxtəif dövlət orqanlarında əvvəlcə hüquqşünas kimi, 2005-2020-ci ilədək Şəki şəhər İcra Hakimiyyəti Aparatında Gənclər və İdman İdarəsinin rəisi və bu illər ərzində Şəki şəhər İH-ti başçısı yanında şuranın üzvü, 2010-cu ildən isə Şəki Pedaqoi Kollecin Dövlət İmtahan Komissiyasının sədri seçilmişdir? Bir az da olsa düşünməyə dəyər, cənablar! Vaxtilə Gürcüstanın 9 min nəfər əhalisi olan bir qəsəbəsində 200 tələbəsi belə olmayan bir təhsil müəssisəsinə adını yazdıran və 1999-2011-ci ilədək ən mühüm dövlət idarələrində vəzifələr tutan, lakin diplomu rəsmən tanınmayan birisinə bu qədər etimad etmək o qədər vacib idimi? Əsla.
Qayıdaq Vüqar İskəndərovun “Vikipedia”ya yerləşdirdiyi tərcümeyi-halının növbəti hissəsinə. Vüqar İskəndərovun ikinci problemi isə hərbi xidmətlə bağlıdır.
Yəni, Vüqar İskəndərovun hərbi xidmətdə olmadığı da iddia edilirdi. Daha doğrusu onun Azərbaycan Ordusunda xidmət etmədiyi bildirilir. “Qafqazinfo” xəbər verir ki, sözügedən xəbərlərlə bağlı deputat Vüqar İskəndərovla əlaqə saxlanılıb. O bildirib ki, 1991-ci ildə Moskva şəhərində əsgərlikdə olubmuş: “1992-c ilin sonunda hərbi xidmətdən qayıtmışam. Hərbi xidmətdə olmasaq, Milli Məclisdə nə işimiz var? Bunlar açıq məsələlərdir”.
Bəli, Vüqar İsgəndərov hərbi xidmətlə bağlı mətbuata da verdiyi açıqlamada bildirir ki, o 1 il Rusiya Federasiyasının Moskva şəhərində hərbi xidmətdə olmuşdur. Xatırlatmaq yerinə düşərki, o vaxtlar istər Rusiyada, istərsə də Azərbaycanda hərbi xidmət 2 il nəzərdə tutulurdu. Həqiqətən də araşdırmalarımız zamanı məlum olmuşdur ki, 1991-ci ilin okryabrın 18-də Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra müstəqil ordu quruculuğuna da start verilmişdir. 1992-ci ilin “Xocalı soyqrımı”ndan sonra formalaşan Milli Ordumuz yayda Dağlıq Qarabağın xeyli ərazisini düşmən qüvvələrindən azad etmişdir. Bu arada milli hökümət tərəfindən Rusiya və digər ölkələrdə xidmət edən azərbaycanlıların Vətənə qayıdaraq hərbi xidmətlərini davam etdirilməsi barədə rəsmi tapşırıqlar verilmişdir. 1992-ci ilin sonundan rəsmən Azərbaycana qayıtmış minlərlə çağırışçı əsgərimiz öz xidmətlərini Milli Ordu sıralarında davam etdirmiş və 1996-cı ilədək xidmətlərini ləyaqətlə başa vurmuşlar, təkcə bu günkü deputat olmuş Vüqar İsgəndərlidən başqa. Məlumata görə o da digər azərbaycanlılar kimi Vətənə qayıtdıqdan sonra yaşadığı yer üzrə Hərbi Komissarlıqda qeydiyyata düşmək əvəzinə, asanlıqla Milli Ordu sıralarına qatılmaqdan yayınmışdır.Yəni, mədəni fərarlik etmişdir. Cənab İsgəndərovun mətbuata təqdim etdiyi hərbi biletin 1-ci səhifəsinə nəzər saldıqda asanlıqala oxunur ki, bu hərbi bilet onun reallıqda xidmət etdiyi, həmin dövrdə SSRİ Silahlı Qüvvələri tərəfindən deyil, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən əvəzedici ( “dublikat”) sənəd kimi verilmişdir. Qısası bu deputat Sovet ordusu tərəfindən verilmiş hərbi bileti ortadan çıxarmış, əvəzinə artəşkəs rejimi qüvvəyə mindikdən sonra milli hərbi bilet əldə edilmişdir.
Bir daha qeyd edək ki, Vüqar İskəndərov VI çağırış parlamentin Yeni Azərbaycan Partiyasından seçilmiş üzvüdür və 4 ildən artıq deputat kimi fəaliyyət göstərmişdir.
Qeyd edilən faktlardan sonra dəyərli oxucularımız və Şəki-Qax kəndlərinin özlərinə yüksək hörmət edən seçiciləri qoy özləri sabiq millət vəkili olmuş Vüqar İsgəndərlinin reallıqda hansı zəkaya, hansı qabiliyyətə, hansı istedada, sahibi olması barədə nəticəyə gəlsin və seçim qərarını versinlər.
İfadetv.com-un araşdırma qrupu