Öncə xatırladaq ki, Aktualinfo.org fevralın 9- da Milli Məclisə keçirilən seçkilərdə deputatlığa namizədliyini irəli sürmüş və artıq 113 saylı Şəki şəhər Seçki Dairəsindən millət vəkili seçilmiş Vüqar Yapon oğlu İskəndərovun idmançı karyerasına hələ seçkilərdən oncə nəzər salmışdı. Seçkilərdən sonra yuxarıda qeyd edilən tanınmış, seçilmiş idmançılar arasında Vüqar İskəndərovun adının hallanmaması bizi bu mövzuya bir daha qayıtmağa vadar etdi. Qeyd edək ki Vüqar İskəndərov “Vikipedia” proqramında yerləşdirdiyi tərcümeyi-halında 1991-ci ildə Taekvando döyüş növü üzrə keçirilən respublika turnirində II-yerə layiq görülərək, II-Dan qara kəmər ustası adını aldığını, 1994-cü ildə Respublika çempionu olduğunu, 1996-cı ildə Dünya kubokunda bürünc medal və qara kəmər ( beynəlxalq dərəcəli) I-Dana layiq görüldüyünü, 1998-ci ildə qara kəmər II-Dan və beynəlxalq dərəcəli hakimliyə layiq görüldüyünü, 2001-ci ildə qara kəmər II-Dana layiq görüldüyünü, 2003-cü ildə Şotokan karate-do üzrə Avropa çempionu olduğunu göstərmişdir. Təbii ki, biz onun bu nailiyyətlərinə şübhə ilə baxmırıq. Lakin onun bu uğurlarını idman cameəsinin adamları xatırlayırlarmı? Məlum olduğu kimi son illər Azərbaycan müxtəlif beynəlxalq idman yarışlarına ev sahibliyi edib. Bu yarışlarda Vüqar İskəndərəvu ya bir idmançı kimi,ya da beynəlxalq dərəcəli hakim kimi tatamiyə çıxdığını görən olubmu?Yaxud da bir əməkdar məşqçi kimi onun yetirməlrinin uğurlarını görən olubmu? Olubsa, biz buna ancaq sevinə bilərdik.
Qayıdaq Vüqar İskəndərovun “Vikipedia”ya yerləşdirdiyi tərcümeyi-halının növbəti hissəsinə. Vüqar İskəndərovun ikinci problemi isə təhsili ilə bağlıdır. O tərcümeyi-halında göstərir ki, 1996-cı ildə Gürcüstan Respublikası Laqodexi Elmi Tədris institutunun hüquq fakültəsinə daxil olmuş, 2001-ci ildə həmin institutu hüquqşünas ixtisası üzrə bitirmişdir. 2012-ci ildə isə Azərbaycan Dövlət Aqrar Universitetininİqtisadiyyat fakültəsinə daxil olmuş, 2014-cü ildə həmin universiteti iqtisadçı ixtisası üzrə bitirmişdir. Təhsil Nazirliyinin Nostrifikasiya (Xarici diplomların tanınması və ekvivalentliyinin müəyyən edilməsi) İdarəsinin 16.05 2017-ci il tarixdə diplomları Azərbaycanda tanınan universitetlərin siyahısında 34 ölkənin 600 universitetinin adı qeyd edilib. Belə ki, Almaniyanın 115, ABŞ-ın 71, Böyük Britaniyanın 48, Fransanın 66, İtaliyanın 24 universitetinin diplomları Azərbaycanda tanınır. Həmçinin ölkəmizdən ən çox təhsil almaq üçün üz tutulan Rusiyanın 58, Türkiyənin 13, Ukraynanın 2 ali təhsil müəsisələrinin də diplomunu Təhsil Nazirliyi tanıyır. Siyahıdan da göründüyü kimi 2017-ci ilə qədər Azərbaycan Respublikasının Təhsil Nazirliyi Gürcüstan Respublikası universitetlərinin diplomlarını tanımayıb. O da qala Laqodexi Elmi Tədris İnstitutu. Zənnimizcə onun Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alması da araşdırılmalıdır.
Bütün bu kimi tutarlı dəlillərə,faktlara baxmayaraq Vüqar İskəndərov artıq Mili Məclisin deputatıdır. Lakin bütün olub keçənlərə rəğmən cənab İsgəndərovun pandemiya dövrü olmasına baxmayarq tez-tez Şəki şəhərinə gedib gəlməsi diqqətimizdən yayınmadı. Bu səfərlərin açması əvvəlcə bizə aydın olmasa da sonradan Şəkidən olan seçicilərdən bu ziyarətlərin əsas səbəbini öyrəndikdə bir çox məsələlər yavaş yavaş aydın oldu. Belə ki, bizlərə məlum oldu ki, yeni seçilmiş deputatımız həqiqətən hər dəfə Şəki şəhərinə təşrif buyuranda heç ata ocağına baş çəkmədən onun üçün xüsusi təyin olunmuş yerlərə baş çəkməyə başlayır. Etibarlı mənbələrimizin verdiyi məlumatlardan o da aydın olur ki, millət vəkili əvvəldən planlaşdırıldığı kimi, növbə ilə seçicilərlə görüşdüyü zaman yalnız vətəndaşların arzu etdikləri şəxsi problemlərin həll edilməsi məsələsini müzakirə edir. Belə ki, ən çox müzakirə olunan məsələ ən çox seçicilərin hər hansı işə və ya konkret vəzifəyə təyin olunmasıdır. Artıq bu istiqamətdə cənab V.İsgəndərov konkret addımlar atmış və müsbət nəticələr əldə etmişdir. Əvvəlcə yeni seçilmiş millət vəkili tərəfindən şəxsi təşəbbüslə atdığı bu addımlara sevinmək istəsək də, məlumatlı mənbə bildirdi ki, axı digər şəkili seçicilərin kasıb təbəqəsi belə arzu və istəklərini Vüqar İsgəndərliyə deyə bilmirlər. Səbəbini soruşduqda, bildirdilər ki, “Gərək əlin cibində olsun!”.
Bəli, hər bir “əli cibində olan seçici” cənab deputatla görüşdüyü zaman imkanı olduğu para müqabilində Şəkidə və ya Bakı şəhərində arzusunda olduğu işi tapa, vəzifəyə oyura bilir. Təbii ki, cənab deputat bu məsələlərin həlli zamanı öz “xidməthaqqını” da əvvəlcədən seçicilərin nəzərinə çatdırır. Bizə isə idmançı-makler deputatı yalnız təbrik etmək düşür:
“SÖZ VERDİYİNİZ KİMİ, ŞƏKİLİ SEÇİCİLƏRİN ETİMADINI “Layiqincə” DOĞRULTDUĞUNUZ ÜÇÜN "MAKLER" DEPUTATIMIZI TƏBRİK EDİR, UĞURLAR ARZULAYIRIQ!”
O da məlum oldu ki, Şəkidə neçə neçə seçici cənab deputat V.İsgəndərovun qəbuluna düşmək üçün Şəkiyə növbəti gəlişini səbirsizliklə gözləməkdədirlər.
P.S. Növbəti saylarımızda cənab deputatın seçicisinin hansı vəzifəyə nəyin müqabilində təyin etdirməsini faktlarla açıqlayacağıq. Bizi izləyin.
İfadetv.com-un araşdırma qrupu
