Hurriyyet.az xəbər verir ki, Almaniya Federal Kəşfiyyat Xidmətinin başçısı Bruno Kal Rusiyanın NATO-ya hücuma hazırlaşdığını bəyan edib. Onun sözlərinə görə, 2030-cu ilə qədər Rusiya Şimali Atlantika alyansına hücum edə bilər.
N-TV kanalının xəbərinə görə, Kal bu sözləri Bundestaqın parlament nəzarəti komitəsindəki çıxışında söyləyib. Onun sözlərinə görə, Berlin Kiyevin ikinci böyük müttəfiqi olduğuna görə Kreml Almaniyanı düşmən olaraq görür.