Ukrayna ordusu Rusiyanın Kursk vilayətində əks-hücum əməliyyatına başlayıb.
Bu barədə “Forbes” nəşri məlumat yayıb.
Qeyd olunur ki, bu hücum nəticəsində ən azı üç Ukrayna bölməsinin tankları və digər qüvvələri iştirak edib. Bildirilir ki, Ukrayna qüvvələri Darino kəndinin cənub kənarına doğru irəliləyib.
Məlumata görə, rus ordusu hər briqadadan ən azı bir Ukrayna tankını vurub. Ukraynanın 80-ci Hava Hücum Briqadası isə cavab tədbirləri zamanı Rusiyanın ən azı iki “BMD” döyüş maşınını sıradan çıxarıb.
Nəşr əlavə edib ki, ukraynalılar Daryinonu saxlaya bilsələr, ruslar üçün ikinci dərəcəli marşrut xətti bağlanacaq.