Ukraynada xarici kontingentlərin yerləşdirilməsi Rusiyanı sülhə vadar etmək üçün ən yaxşı vasitələrdən biridir.
Bu barədə Ukrayna prezident Vladimir Zelenski Ramşteyn şəhərindəki Amerika aviabazasında görüşü zamanı deyib. Zelenski xatırladıb ki, ötən il Fransa sülhü yaxınlaşdırmaq üçün Ukraynada tərəfdaşların kontingentini yerləşdirmək ideyası ilə çıxış edib.
"Biz hamımız başa düşürük - bu gün üçün Putinin məqsədləri dəyişməz olaraq qalır. O, Ukraynanı tamamilə məhv etmək istəyir - bizim hamımızı, sizləri də sındırmaq istəyir. Ona görə də bizim məqsədimiz Rusiyanı sülhə məcbur etmək üçün mümkün qədər çox alət tapmaqdır. Hesab edirəm ki, tərəfdaş kontingentlərinin bu yerləşdirilməsi ən yaxşı vasitələrdən biridir. Bunu mümkün etmək üçün daha praktik olaq”, - deyə Zelenski bildirib.
O, bununla bağlı Böyük Britaniyadan gələn müsbət siqnalları da qeyd edib. “Biz cəsarətli olmalıyıq və həqiqətən güclü alətlər təklif etməliyik”, - Zelenski vurğulayıb.