Bakının mərkəzində yerləşən universitetlərin köçürülməsi istisna edilmir.
Bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərin suallarını cavablandırarkən deyib.
O qeyd edib ki, bu məsələ layihə və ilkin təkliflər formatındadır: “Universitetlərin köçürüləcəyini deyə bilmirik, amma istisna edilmir. Sadəcə, bu asan məsələ deyil. Bakının mərkəzindəki universitetlərdə 20 000 tələbə və üstəlik, nə qədər müəllim var”.
![](https://yenisoz.az/uploads/posts/2025-02/medium/1738848195_ali-m.jpg)