VƏ YAXUD, QARABAĞ REGİONUNDAKI 442 MƏKTƏB DİREKTORUNDAN ƏSASSIZ SAXLANILMIŞ MƏZUNİYYƏT PULLARI SAHİBLƏRİNƏ QAYTARILA BİLƏRMİ?
Xatırladaq ki, 30 avqust tarixli sayımızda “Niyə gəlib bizi görmürsünüz!?” başlıqlı yazımızda Ağdam rayon 95 saylı orta məktəbin direkoru, şəhid övladı olan Kərim Novruzovun yuxarı orqanlara və bir nüsxəsi də ifadetv.com-a ünvanlanan müraciətini dərc etmişdik. Bir gün sonra Təhsil Nazirliyinin Qarabağ Regional Təhsil İdarəsinin rəhbəri Rafiqin oğlu Anar Kərim müəllimə minnətçilər salmağa başlamış və göstəriş vermişdir ki, təcili olaraq ifadetv.com da barəsində gedən yazı silinsin. Və təbii ki, Kərim müəllim minnətçilərə lazım olan cavabı vermişdir. Bəs biz mətbu orqan olaraq Rafiqin oğluna nə cavab verək? Bax bu suala da aşağıdakı kimi cavab verməyə çalışaq:
Əvvələ onu izah edək ki, daxil olan müraciətdən belə anlaşılır ki, Təhsil Nazirliyinin Qarabağ Regional Təhsil İdarəsinin rəhbərliyi cari il üçün nəinki Ağdam rayon 95 nömrəli orta məktəbin direktoru cənab Kərim Novruzovun 1253 manat məzuliyyət pulunu mühasibatlığa göstəriş verərək 1 ay gecikdirdikdən sonra saxlatdırmış və birbaşa mənimsəmişdir. Eləcə də digər əksər məktəb direktorların məzuniyyət pulları beləcə mənimsənilmiş və nəticədə total iqtisadi cinayət baş vermişdir. Biz məsləyə bir qədər aydınlıq gətirmək üçün QRTİ-nin tabeliyində olan 6 rayon üzrə ( Ağcabədi, Ağdam, Şuşa, Xocalı, Xocavənd, Tərtər və Fizuli rayonları) fəaliyyət gösttərən orta məktəblərin dəqiq sayı 442 –dir. Məsələn, Ağcabədi rayonunda 62, Ağdam rayonunda 138, Şuşa şəhərində 18, Xocalıda 12, Xocavənddə 13, Tərtərdə 45 və Fizulidə 79 orta məktəbin olduğunu nəzərə alsaq və qeyd edildiyi kimki, əksəriyyət orta məktəblərin direktorlarından da məzuniyyət pullarının qanunsuz tutulmasını heablasaq təxminən 400 məktəb üzrə 1253 manata vursanq o zaman nə az , nə çox düz 0.5 milyon manat vəsaitin mənimsənilməsi ortalığa çıxır. Biz mətbu orqan olaraq 12 gün gözlədik ki, bəlkə QRTİ-nin hazırkı rəhbəri olan Rafiqin oğlu Anar şəhid övladı olan director Kərim müəllimdən üzr istəyə və mənimsətdirdiyi 1253 manatın 3 manatını özünə saxlamaqla , qalan 1250 manatını özünə qaytara. Amma çox təəssüflər olsun ki, Elm və Təhsil Nazirliyindəki dayağına güvənən Rafiqin oğlu heç 1 manat da qaytarmadı. Yəni, bununla demək istədi ki, “get hara istəyirsən şikayət et, mən öz “QANUN”larımla belə işləyəcəm.”
Doğrudur, bir mətbu orqan olaraq məsləyə aydınlıq gətirilməsi üçün 7 sentyabr 2024-cü il tarixində tərəfimizdən Qarabağ Regional Təhsil İdarəsinin rəhbərliyinə ünvanladığımız İnformasiya sorğusunda
“ QRTİ-nin tabeliyində olan orta məktəb direktorlarının cari ildə məzuniyyət pullarının bir hissəsinin saxlanılmasıi» barədə konkret məlumat almaq istəmişdik. Sorğunu olduğu kimi təqdim edirik:
Hörmətli Anar müəllim,
“Məlumat üçün bildirək ki, 30 avqust tarixli sayımızda “Niyə gəlib bizi görmürsünüz!?” başlıqlı yazımızda Ağdam rayon 95 saylı orta məktəbin direkoru, şəhid övladı olan Kərim Novruzovun yuxarı orqanlara və bir nüsxəsi də ifadetv.com-a ünvanlanan müraciətini dərc etmişdik. Və çox təəssüflər olsun ki, Ağdam rayon 95 nömrəli məktəbin direktorundan QRTİ-nin Maliyyə İdarəsi tərəfindən saxlanılan məzuniyyət pulunun 1253 manatı hələ də direktorun hesabına daxil olmamışdır.
Məslə ilə bağlı direktor cənab K.Novruzov qeyd edir: “…Bundan başqa məzuniyyət pulunu 1 aydan sonra almaqla yanaşı,mənə verilən 56 günlük məzuniyyət pulunun yarısından çoxunu, təxminən 1253( min iki yüz əlli üç) manatı rəhbərliyin göstərişinə əsasən mühasibatlıq tərəfindən saxlanılmışdır.
Nəzərinizə çatdırım ki, əksər məktəb direktorlarınında məzuniyyət pullarının bir qismini saxlayırlar. Sadəcə olaraq nədənsə çəkindikləri üçün, hüquqlarını tələb etməkdən qorxurlar.”
Hörmətli, Anar müəllim sizdən xahiş ediri ki, növbəti araşdırma yazımız üçün aşağıdakı suallara aydınlıq gətirəsiniz:
- Niyə rəhbərlik etdiyiniz və QRTİ-nin tabeliyində 6 rayon üzrə fəaliyyət göstərən 442 orta məktəb direktorlarının məzuniyyət pulları digər rayonlardan fərqli olaraq 1 ay gecikmə ilə ödənilmişdir?
- Ağdam rayon 95 saylı orta məktəb direktoru Kərim Novruzovun məzuniyyət pulundan 1253 manat hissənin saxlanması hansı əsasla baş vermişdir?
- QRTİ-nin balansında olan 442 orta məktəb üzrə nə qədər direktorların məzuniyyət pulları hansı məbləğdə tam ödənilməyərək saxlanılmış və təyinatı nə olmuşdur?
Bəli, aradan 2 gün vaxt keçməsinə baxmayaraq göndərdiyimiz İnformasiya sorğusuna cavab verilməmişdir və hesab edirik ki, bundan sonra 10 il gözləsək belə verilməyəcəkdir. Ona görə də hesab edirik ki, Elm və Təhsil naziri cənab Emin Əmrullayev Qarabağ Regional Təhsil İdarəsinin rəhbərliyinin orta məktəb direktorlarına qarşı törətdiyi maliyyə maxenasiyalarının baş vermə səbəblərinin araşdırılmasına göstəriş verəcək və sonda toplanmış maliyyə cinayətlərinə hüquqi qiymətin verilməsi üçün Baş Prokurorluğa təqdim göndəriləcəkdir.
Bird aha Ağdam 95 nömrəli orta məktəbin direktoru cənab Kərim Novruzovun müraciətini olduğu kimi yenidən təqdim edirik:
“Yazıb sizə bildirirəm ki , Qarabağ Regional Təhsil İdarəsinin rəhbərliyi bizim məktəbimizə və şəxsən mənə qarşı xeyli vaxtdır tamamilə əsassız və qərəzli münasibət göstərir . Bu barədə dəfələrlə aidiyyatı qurumlara həm kollektiv formada, həm də mən şəxsən müraciət etmişəm. Ancaq, yerli qurumlar heç bir tədbir görməyiblər. Odur ki, xahiş edirəm sizə olunan müraciətimin araşdırılmasını nəzarətdə saxlayasınız.
Öz övladını bizim məktəbə qəbul etdirən valideyinə QRTİ nin əməkdaşı tərəfindən ( 050 553 41 11 nömrəli telefon vasitəsilə) zəng edilərək təzyiq olunur ki, o öz övladını 95 nömrəli məktəbdən çıxarıb başqa məktəbə qəbul etdirsin. Qeyd edim ki, həmin valideyin də bizim məktəbimizin müəllimidir və bu qanunsuz göstərişi icra etmək istəmir.
Bundan başqa məzuniyyət pulunu 1 aydan sonra almaqla yanaşı,mənə verilən 56 günlük məzuniyyət pulunun yarısından çoxunu, təxminən 1253( min iki yüz əlli üç) manatı rəhbərliyin göstərişinə əsasən mühasibatlıq tərəfindən saxlanılmışdır.
Nəzərinizə çatdırım ki, əksər məktəb direktorlarınında məzuniyyət pullarının bir qismini saxlayırlar. Sadəcə olaraq nədənsə çəkindikləri üçün,hüquqlarını tələb etməkdən qorxurlar.
Nəzərinizə çatdırmaq istəyirəm ki, atam və qardaşım Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən ağır döyüşlərdə həlak olmuşdur.Lakin QRTİ-nin rəhbərliyi həmişə mənə qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə istifadə edərək təzyiqlər etmiş,hətta ləkələməyə belə çalışmışlar.Bir şəhid evladına,şəhid qardaşına qarşı bu addımı atanların hansı qüvvələrin xidmətçisi olduğunu aşkara çıxarmaq olduqca vacibdir.
Odur ki, QRTİ- nin rəhbərliyinin bu qanunsuz göstərişinin qarşısının alınması və bütün bunlara hüquqi qiymət verilməsi üçün göstəriş verməyinizi Sizdən xahiş edirəm.
Məktəbin direktoru: Kərim Novruzov
BƏS KƏRİM NOVRUZOV BİR PEDAQOQ KİMİ FƏALİYYƏTİ HAQQINDA NƏ YAZIR?
Mən, Novruzov Kərim Əvəz oğlu 20.03.1977 ci ildə Ağdərə rayon Başgüney kəndində anadan olmuşam. 1984-cü ildə həmin kəndin tam orta məktəbində birinci sinifə getmişəm, məlum səbəblərdən orta məktəbi 1994-cü il də Ağdam rayon 5 nömrəli köçkün tam orta məktəbini bitirmişəm .2004-ildən Bakı dövlət Universitetinin Tarix fakultəsinin qiyabi şöbəsinə qəbul olmuşam 2009-cu ildə həmin fakultəni bitirmişəm.2004-cü ildən etibarən ixtisasım üzrə Ağdam rayonunda tarix müəllimi kimi fəaliyyət göstərirəm. 2000 –ci ildən indiyə qədər Ağdam 118 saylı şəhər seçki dairəsinin 6 saylı məntəqəsində katib kimi qüsursuz fəaliyyət göstərirəm. 2004 2014-cü illərdə Ağdam rayon 5 saylı köçkün tam orta məktəbindəki fəaliyyətim illərində yetişdirdiyim şagirdlər dəfələrlə rayon və respubilka səviyyəli tədbirlərin qalibləri və mükafatçıları olublar.Həmçinin rayon və respubilka fənn olimpiadalarının qalibi olmuşlar. Bu illərdə keçirdiyim “açıq dərs” və tədbirlər, eyni zamanda yaratdığım “İnsan və cəmiyyət” kabneti ilin birincisi seçilmişdir.Həmçinin bu kabinet respublikada ilk və yeganə kabinet olmuşdur. Bu münasibətlə 2011-ci ildə rayon rəhbəri tərəfindən mükafatlandırılmışam və rayon üzrə ilin ən yaxşı təhsil işçisi seçilmişəm.Rayonda keçirilən dövlət tədbirlərinin əksəriyyətində təhsil şöbəsinin təmsilçisi kimi çıxış etmişəm.Ağdam Rayon İcra Hakimiyətinin başçıları tərəfindən 4 dəfə “Fəxri fərman”la təltif edilmişəm,2 dəfə mükafatlandırılmışam.Şagirdlərimin ali məktəblərə qəbul olunduğu və içtimai tədbirlərdə iştirak etdiyi üçün Qızıl Aypara Cəmiyyəti, Ağdam Rayon Təhsil Şöbəsi, AVMVİB-i tərəfindən dəfələrlə fəxri fərmanla təltif olunmuşam. Dərs dediyim şagirdlərin hərbi xidmətdə olduqları zaman özlərini" nümunəvi, çalışqan, bacarıqlı, intizamlı,cəsur,xalqımızın milli tarixi ənənələrini və ümumbəşəri dəyərlər ruhunda" tərbiyə olunmasına görə N saylı hərbi hissənin komandiri polkovnik O.Abdullayev və N saylı hərbi hissənin komandiri polkovnik leytenant V.Həsənov tərəfindən Təşəkkür Məktubu almışam. 2018-ci ilin noyabırında keçirilmiş Azərbaycan müəllimlərinin XV qurultayında Ağdam rayonundan seçilmiş nümayəndə olaraq iştirak etmişəm. 2020-ci ildən Ağdam rayonu 95 nömrəli tam orta məktəbinin direktoru kimi fəaliyyət göstərirəm. İkinci Qarabağ Müharibəsi zamanı və ondan sonrakı vaxlarda arxa cəbhədəki fəaliyyətimə görə AVMVİB-i tərəfindən 3 dəfə yubley medalı ilə təltif olunmuşam. Şəhid ailələrinə, qazilərə və imkansız ailələrə etdiyim maddi və mənəvi köməkliyimə görə AVMVİB-i tərəfindən “Böyük Zəfər”medalı ilə təltif olunmuşam. 44 günlük müharibədə əldə etdiyimiz qələbəni həzm edə bilməyən Qərbi Avropanın təmsilçisi olan Niderlanddan olan nümayəndələri işğaldan azad edilmiş Ağdam rayonuna aparmaq və erməni vəhşiliyini onlara qəbul etdirmək üçün dövlət səviyəsində dövləti təmsil etmək üçün, nümayəndə seçilmişəm və bu işin çətində olsa öhdəsindən uğurla gəlmişəm.Buna görə Prezident Aparatının xususi nümayndəsi və Ağdam Rayon İcra Hakimiyəti Başçısı tərəfindən təşəkkür məktubu almışam. Təhsilin inkişafındakı fəaliyyətimə görə və gənc nəslin vətənpərvər ruhda böyüməsi istiqamətindəki fəaliyətimə görə Elm və Təhsil Nazirliyi Qarabağ Regional Təhsil İdarəsinin müdiri tərəfindən “fəxri fərmanla” təltif olunmuşam. Elmi-pedeqoji, siyasi, sosial- hüquqi, psixoloji, tarixi, beynəlmiləl,gender,tolerandlıq,multikulturarizim, metodiki və marifləndirici mövzularda yazdığım 50-yə yaxın məqalələr həm sosial şəbəkələrdə, həm saytlarda,həm də dövri mətbuatda -Azərbaycan,Respublika,Ədalət,Hərbi And,Qarabağ,Mənim Ölkəm,Üç Nöqtə və s. dərc olunaraq geniş oxucu kütləsinin marağına səbəb olmuşdur. Bütün bunları göz önündə bulunduraraq “Təhsildə Yeni Çagrışlar III Beynəlxalq Forumu” tərəfindən 2 noyabr 2022-ci ildə beynəlxalq sertifikat ilə təltif olunmuşam.3-4 iyun 2023-cü ildə Psixologiya Elmi Tədqiqat İnstitutu,Bakı Slaviyan Univeristeti, Müasir Azərbaycan Psixoloqları İçtimai Birliyi, TAL Akademiyasının birgə əməkdaşlığı çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 iliyinə həsr olunmuş Beynəlxalq Konfransda pespublika üzrə yeganə direktor olaraq “Workshop”da fəal iştirak edərək, yeganə iştirakçı olaraq 5 beynəlxalq sertifikat qazanmışam.Beynəlxalq DOİ kodlu, beynəlxalq indeks bazalı Elmi Tədqiqat jurnalarında 5 elmi məqaləm, 2 tezisim dərc edilib və Beynəlxalq sertifikata layiq görülüb. 23 noyabr 2023-cü ildə Rusiya Federasiyasının Tver vilayətində yaşayan azərbaycanlılar pedaqoq və vətənpərvər maarifçi kimi fəaliyyət göstərməyimə şərait yaratdığı üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına həm sosial şəbəkə üzərindən, həm də rəsmi olaraq Azərbaycan Respublikasının Rusiyadakı səfirliyi vasitəsilə "Благодарственное письмо-Təşəkkür məktub"göndərmişlər. 2023-cü il 15 apreldə Bakı şəhərində Türküyə Bahçeşehir Ünveristetinin dekanı professor, Doktor Hasan Şimşək tərəfindən “Egitimde Geleneksel Anlayışlara Yeni Bir Baxış” adlı seminarda “Uğur belgisi” ilə təltif olunmuşam.Təhsildə və içtimai həyatdakı fəaliyətimi humanizim prinsiplərinə əsaslanan addım kimi qiymətləndirən içtimai birliklər,valideyinlər və kollektiv tərəfindən dəfələrlə Elim və Təhsil Nazirliyinə təşəkkür məktubları göndərilmişdir.Şagirdlərin sosial adaptasiya olunması üçün Azərbaycan Qızıl Aypara Cəmiyyəti, ANAMA (mina təmizləmə), UNİCEF, Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə daimi olaraq əməkdaşlıq edirik.Qardaş Türküyə Cümhuriyətində baş vermiş zəlzələ nəticəsində zərər çəkmiş şəxslərə kömək məksədiylə həm şəxsi olaraq həmdə bütün məktəb kollektivi olaraq isti paltar, ərzaq və pul yardımları göndərmişik. 15 fevral 2024 cü ildə 118 saylı Ağdam seçki dairəsinnin 6 saylı MnSK-nın sədiri tərəfindən “Qüsursuz 23 illik fəaliyyətinə görə “ Fəxri Fərmanla təltif olunmuşam.Hal-hazırda Ağdam rayon 95 nömrəli tam orta məktəbinin direktoru vəzifəsində və tarix müəllimi kimi dövlətə və dövlətçiliyə sədaqətlə xidmət edəcək gənc nəslin yetişməsi üçün var qüvvəmlə çalışıram. Atam Novruzov Əvəz Əli oğlu ( Özünümüdafiə taburunun komandiri),qardaşım Novruzov Ziya Əvəz oğlu ( TŞK pulemyotçu) Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə hərbi qulluqcu kimi qəhrəmancasına şəhid olmuşlar.Digər bir qardaşım Novruzov Hikmət Əvəz oğlu həmin döyüşlərdə ağır yaralanaraq 2-ci qurup qarabağ əlili olmuşdur. Hal-hazırda anamla birgə yaşayıram, evliyəm və iki evladım var.
Tərəflərin mövqeyini dərc etməyə hazırıq.
Bizi izləyin.
İfadetv.com-un araşdırma qrupu