Ermənistanda xəstəxanada hərbçinin ölməsi faktı qeydə alınıb.
Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan məlumat yayıb.
Bundan əvvəl sosial şəbəkələrdə Artak adlı əsgərin pnevmoniya nəticəsində ölməsi ilə bağlı məlumatlar yayılıb. Ermənistan Müdafiə Nazirliyi bunu müayinənin göstərəcəyini bildirərək xəstəliyi dəqiqləşdirməkdən yayınıb. Ölənin adı da açıqlanmayıb.
İlkin tibbi qiymətləndirməyə görə, xəstəlik sürətlə inkişaf edib və görülən tədbirlər və səylər nəticə verməyib.
