İDARƏ HEYƏTİ BANKI ELƏ SÖKÜB DAĞITMAYIB Kİ, DEPOZİTLƏRİ QAYTARA BİLSİN
“Atabank” ASC əmanətçilərin hüquqlarını kütləvi şəkildə pozur.
BakuPost.az xəbər verir ki, bu barədə “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri ƏLiməmməd Nuriyev öz facebook hesabında xəbər verib. Onun sözlərinə görə, adı çəkilən bankın əmanətçiləri tərəfindən “Şəffafflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İB-yə çoxsaylı şikayətlər daxil olur.
Əliməmməd Nuriyev bildirir ki, Əmanətçilər bu bank tərfindən onların depozitlərinin uzun müddətdir ki qaytarılmamasından şikayətlənirlər. Onun sözlərinə görə,Mərkəzi Bank və digər müvafiq dövlət qurumları tərəfindən indi bu məsələyə müdaxilə edilməli və problemin əmanətçilərin narazılığına gətirib çıxarmasına imkan verilməməlidirlər.