Şəki rayonun Baş Göynük kəndində qeydiyyatda olan və faktiki yaşayan İsmayılov Xocalı Müşviq oğlu, Həmidzadə Təhmasib Məmməd oğlu, Abdurahmanov Anar Altay oğlu tərəfindən respublikanın direktiv orqanları rəhbərlərinə ünvanlanmış və bir nüsxəsi də ifadetv.com saytına göndərilmiş şikayət məktubunda gənclərin dələduzluqla pullarını mənimsəmiş “Royal Print” MMC-nin qanuni təmsilçisi, House Print –in işçisi və hazırda da CM-nin 178.1-ci maddəsi üzrə məhkumluğu olan Əliyev Elvin Gündüz oğlunun Yasamal Rayon Polis İdarəsinin müstəntiqi, mayor Abdulla Əliyevə gizli sövdələşməsinin dərhal qarşısının alınması və istintaqın yuxarı orqanlarda araşdırlması xahiş olunur. Dələduzluğun cəmiyyətimizdə ictimai bəlaya çevrilməsi demək olar ki, bəziləri üçün həyat tərzinə çevrilmişdir. Şikayət məktubundan da görünür ki, həyata yenicə atılan təcrübəsiz gənclərin peşəkar bir dələduzla üzləşməsi nəticəsində onlara dəymiş ziyanın ödənilməsilə bağlı verdikləri saysız-hesabsız şikayətlər qulaqardına vurulur, haqq səsləri eşidilmir. Belə ki, hüquq-mühafizə orqanlarının adi bir orta məktəb savadı belə olmayan məhkum dələduz Əliyev Elvin Gündüz oğlunu istintaqa cəlb edə bilməməsi, doğrusu həm təəccüblü, həm də kədərli haldır. Zərərçəkmişlərin araşdırmasından isə aydın olur ki, onların istintaqa təqdim etdikləri çoxsaylı sübutlara baxmayaraq Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsində davam edən araşdırmalar nədənsə 3 aya yaxındır ki,heç bir nəticə vermir. İş üzrə zərəçəkmiş Xocalı İsmayılov isə dekabrın 7-də rayondan Bakıya gəlir və əvvəlcə dələduz E.Əliyevin atasıilə görüşür və söhbət əsanasında ona aydın olur ki,oğlu Elvin hazırda öz ailəsinin yanındadır və heç bir narahatçılığı da yoxdur və sizə ödəyəcək pulu da yoxdur.” Həmin günü axşamı X.İsmayılov dələduz E.Əliyevə zəng edib onun yaşadığı Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində çay evində görüşüb 2 saatdan çox söhbət edirlər. Və dələduz narazılığını bildirir ki, sizin və başqalarının çoxsaylı şikayətlərinizdən Binəqədi və Yasamal polisindən imkan tapa bilmirəm ki, əlimdəki pulları toplayıb sizə verim, məsələni bağlayaq. Maraqlıdır elə deyilmi? 70 gündür ki, İstintaqın axtarışında olan bir dələduzun çox arxayınlıqla 18500 manat pulunu mənimsədiyi bir şəxslə oturub 3 saata yaxın sərbəst müzakirə aparmaları Azərbaycan hüquq-mühafizə orqanlarının real vəziyyətini tam çılpaqlığıilə ortalığa qoyur. Mətbuat orqanı olaraq belə nəticəyə gəlirik ki, dövlət başçısı cənab İlham Əliyev insanların kütləvi narazılığına səbəb olan hüquq-mühafizə orqanlarının cinayətkarlığa qarşı mübarizədə tətbiq etdikləri ibtidai metod və prinsiplər yararsız olduğuna görə bu sahədə köklü islahatarın aparılmasına dair ciddi göstəriş verəcəkdir. Məsələnin aktuallığını nəzərə alaraq prezidentə və baş prokurorluğa ünvanlanmış şikayətin tam mətnini oxucularımıza təqdim edirik:
Təhlükəli dələduz Əliyev Elvin Gündüz oğlu
Bir daha xatırladım ki, biz uşaqlıq dostları olmuş Xocalı İsmayılov, Təhmasib Həmidzadə, Anar Abdurahmanov hazırda Şəki rayonun Baş Göynük kəndində pasport qeydiyyatındayıq.Təhmasib və Anar Bakı şəhərində yaşayırıq.
Sonradan bizə məlum olduğu kimi Yasamal rayonu, İ.Əbilov küçəsi 94 ünvanında dizayn işləri görən, 2018-ci ildə CM-nin 178.1-ci maddəsi üzrə 5 il şərti cəza almış, “Röyal Print” MMC-nin qanuni təmsilçisi və işçisi Əliyev Elvin Gündüz oğlunun toruna düşmüşük. Belə ki, MMC-yə rəsmi rəhbəri Elvin olsa da idarəçiliyi atası Gündüz Əliyev aparır, digər işçiləri olan oğulları Elvin və Elmir çap və dizayn-qrafiq işlərilə məşğuldurlar.
E.Əliyev aldatdığı şəxslərə bu bank kartına ödəmələr etdirir.
Elvinin xalası oğlu da bu dələduzluqla məşğul olan ailəyə yardımçı olur. Sonradan əldə etdiyimiz məlumatdan bizə aydın olmuşdur ki, üzdə poliqrafiya işləri görmək adı altında bu ailə əsas bacarıqlı fiqur kimi 30 yaşlı Elvin Əliyevi Türkiyədən guya hansısa dizayn işinə, müxtəlif növ hazır məhsullara investisiya qoymaq və Bakıda onu tanıyan müştərilərə satmaqla guya əlavə qazanc əldə etmək adı altında biz təcrübəsiz gənclərin əvvəlcə etimadını qazanmış, gəlirli işə cəlb etmə adı altında şirnikləndirməklə, sonda aldatmaqla “investisiya adı altında E.Əliyevə verdiyimiz pulları mənimsəmişlər. Bu dəstə sonuncu dəfə, 8 nəfər şəxsin 300000 ABŞ dolları pullarını “İnvestisiya qoymaq” adı altında mənimsədiyinə görə 3 mart 2018-ci ildə şikayəti əsasında E.Əliyev 4 ay müddətinə həbs edilmiş və məhkəmənin hökmü ilə 5 il şərti cəza almışdır. Sonradan biz onun atası ilə 7 sentyabrda görüşüb Elvindən şikayət etdikdə o, etiraf etmişdir ki, 2018-ci ildə oğlu E.Əliyevi həbsdən qurtarmaq üçün bütün əmlaklarını 300000 dollar zərəri ödəmək üçün satıb vurulmuş ziyanın bir hissəsini ödəmişdir.
Dələduz E.Əliyev 4 nəfərdən aldığı pulları etiraf edir.
Biz 12 sentyabr 2019-cu il tarixində Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə rəsmi müraciət edərək dələduz E.Əliyevdən bizə vurmuş olduğu maddi ziyanın ödəniməsində köməklik göstərilməsini xahiş etdik. İş təhqiqatçı Fuad Cənnətovun icraatına verilmişdir. O, Elvini sentyabrın 22-də 27-ci PB-nə dəvət etsə də, dələduz əvvəlcə gələcəyini söz vermiş və yoxa çıxmışdır. Dələduzun axtarıb tapılaraq bölməyə gətirilməsi əməliyyatçı, polis kapitanı Cavid müəllimə həvalə edilmiş və 2 gündən sonra peşəkar dələduz dəstənin digər üzvü olan xalasıoğlunun vasitəsilə yaxalanaraq təhqiqatçıya təhvil verilmişdir. Dələduz yazdığı izahatında bizdən aldğı pulları etiraf etmişdir. Polis sistemində yenicə işə başlamış təhqiqatçı leyteneant F.Cənnətov öz funksiyasını yüksən peşəkarlıqla yerinə yetirmiş və E.Əliyev barəsində CM-nin 178.1-ci maddə üzrə cinayət işinin başlanması üçün 02 oktyabr 2019-cu ildən Yasamal rayon Polis İdarəsinin İstintaq İdarəsinə müstəntiq Abdulla Əliyevin icraatına göndərmişdir. Və çox təəəsüflər olsun ki, polis mayoru olan baş müstəntiq A.Əliyev dələduzluq üzrə məhkum E.Əliyev son 73 gün ərzində tapa bilmirmiş.? Son 2 ayda müstəntiqlə dəfələrlə telefon əlaqəsi saxlasaq da o bizi istintaq araşdırmasına dəvət etməmiş və yalnız bizim çoxsaylı şikayətlərimizə görə Bakı şəhər Prokurorluğuna E.Əliyevin təhqiqat zamanı yazdığı özünümüdafiə izahatını göndərmişdir. Və qeyd edir ki, dələduzu axtarışa vermişik. Axtarırıq.Vəssəlam. Və maraqlı da burasıdır ki, Bakı şəhər Prokurorluğunun DİO-nun istintaq işlərinə nəzarət idarəsinin rəis müavini cənab Elçin Sultanovun X.İsmayılova yazdığı 12 noyabr tarixli məktubunda dələduz Elvin Əliyevin yazdığı əsassız izahatını təkrar bizə yazılı olaraq xatırladır. Çox qəribədir ki, dələduzun özünə haqq qazandıran izahatı niyə rəsmi cavab kimi peşəkar prokuror tərəfindən bizə göndərilməlidir? O guya investisiya işlərinə bizlərdən faizlə pul götürdüyünü vurğulayır. Biz bu saxta izahata cavab olaraq çoxsaylı səs yazılarını, onun kapital bank kartına avqust ayı ərzində göndərdiyimiz müxtəlif məbləğli pulların qəbzlərini istintaqa təqdim etsək də, bizə formal cavablardan başqa heç bir məlumat verilmir.
Dekabrın əvvəlindən müstəntiq A.Əliyevin mobil telefonuilə əlaqə saxlaya bilmirik. Xocalı sonda 7 dekabrda Bakıya gəlib müstəntiqlə görüşmək istəmişdir. Əvvəlcə 7 dekabr günorta biz 3 nəfər zərəçəkmiş dələduzun atası Gündüz Əliyevin ofisinə getdik. O yenə də bizə bildirdi ki, “oğlunun ona-buna “atma”hərəkətlərindən bezibmiş. Həbs olunarsa vecinə olmayacaq. Budur, Sizdən sonra, sentyabrdan bu yana yenə 12 nəfərə “atıbdır”. İndi mənim əvvəlki gücüm yoxdur ki, onun əvəzinə pul ödəyim” və s. sözlər. Oğlunun indi harada olmasını soruşduqda isə atası cavab verdi ki, mən onu ofisə gəlməyə “qoymuram”, evinə ailəsinin yanına gedir. Biz atasından dələduz E.Əliyevin mobil telefonunu alıb getdik. Bu gün axşam saatlarında zəng edib Əvəzlə birlikdə dələduzla görüşüb 2 saat onunla bizdən aldadıb aldığı pulları nə vaxt qaytaracağını soruşduq. E.Əliyev bildirdi ki, indi məni Yasamal və Binəqədi polisi axtarır. Ona görə də bizim burada olduğumuzu polisə məlumat verməyin. Mən iki gündən sonra bir trenajor zalından pul alıb birinci növbədə Xocalı sənin pulunu 9 və ya 11 dekabrda qaytaracağam. Narahat olma.”O əvvələr də Xocalıya telefonda etiraf etmişdir ki, sizin və digərlərinin şikayətləri məni çox xərcə salır. Buna görə də sizin pullarınızı vaxtında ödəyə bilmirəm. O açıq formada bildiridi ki, istintaq və təhqiqatdan yaxa qurtarmaq və “işini davam etdirmək” üçün ( pul qazanmağı nəzərdə tuturdu) imkan vermirsiniz ki, bu işləri yoluna qoyum.
Dələduz dəstənin poliqrafiya müəssisəsi
Bu da nəticə. Yasamal RPİ-si də peşəkar dələduzun axtarışındadır. Dələduz isə Xocalı və digər zərəçəkmiş Əvəzlə çox arxayınlıqla görüşüb söhbət edir və əvvəlki kimi boş boş vədlər verməklə məşğuldur. Deməli dələduz E.Əliyev yenə də bii kimi günahsız insanlara qarşı dələduzluğunu sərbəst formada davam etdirmək üçün polislə anlaşdığını bizdən gizlətmir. Və xahiş edir ki, ondan az şikayət edək ki, o bizə qaytaracağı pulu guya kimlərdənsə alıb qaytarsın. Eləcə də həmin təklifi Yaamal rayon prokurorunun köməkçisi Gülüstan xanım da Xocalını 1 ay əvvəl Bakıya yanına dəvət edərək bildirmişdir ki, siz çox şikayət etməyin.Onsuz da biz bütün insatansiyalara cavab vermək məcburiyyətində qalırıq və bu da əlavə vaxt itkisidir. Biz də inanıb şikayətlərimizi noyabrın 15-dən 5 dekabradək dyanadırdıq. Və müstəntiqin hərəkətsizliyi, passiv mövqe tutması, Yasamal rayon prokurorluğunun isə 5 il şərti cəzaya məhkum edilmiş dələduz E.Əliyev hərəkətlərinə AR-nın Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq cinayət işi başlamaq istəməmsi bizi lap hövsələdən çıxarmışdır.
Buradan belə bir nəticəyə gəlirik ki, biz 4 nəfər zərəçəkmiş olaraq peşəkar məhkum dələduz E.Əliyev barəsində 12 sentyabr 2019-cu il tarixində polisinə və ondan sonra yuxarı orqanlara yazdığımız ərizələrdə dəflərlə vurğulamışdıq ki, ictimaiyyət üçün təhlükəli dələduzun barəsində təcili tədbirlər görülsün. Bu gün isə atası Gündüz bir daha bizimlə söhbətdə təsdiq edir ki, “Sizdən sonra oğlu daha 12 nəfəri aldadıb pullarını mənimsəmişdir.Həbs olunsa da vecimə deyil.” Deməli, istintaq işlərini aparan yuxarı orqanar vaxtında məhkum dələduz barəsində tədbir görsəydilər, digər günahsız şəxslər də bizim kimi külli-miqdarda zərərə düşməzdilər. Bu arada sahə inspektoru ilə əlaqə saxladıqda məlum olur ki, Yasamal RPİ-nin istintaq Şöbəsindən onlara dələduz E.Əliyevin istintaqa cəlb edilməsilə bağlı hər hansı yazılı və ya şifahi göstəriş rəsmən gəlməyib. Deməli, müstəntiq A.Əliyevin dəlduzu axtarışa verməsi, tapmasının mümkün olmaması kimi sözləri, sonradan zənglərimizə cavab verməməsi, bu gün günorta isə biləndə ki, telefonda Xocalı İsmayılovdur, dərhal telefonu qapatması onu deməyə əsas verir ki, 65 gün ərzində heç bir istintaq hərəkəti aparmayan müstəntiq dəlduz E.Əliyevlə gizli sövdələşmişdir. Baxmayaraq ki, biz müstəntiqə 95 sayda səs yazıları, votsap yazışmaları, dəlduz ailənin hazırladığı və istehsal etdiyi məhsulları, dəlduzun bank kartına köçürmələrin qəbzlərini və s. sübutları təqdim etmişdik. Ən təəccüblüsü isə budur ki, guya müstəntiq Elvin Əliyevin əvvəllər məhkum olmasını araşdıra bilmirmiş.
Cənab müstəntiq bizi uşaq yerinə qoymayın! Və zəng edin ASAN xidmətə oradan dərhal siz polisə məlumat versinlər ki, bəli, Elvin Əliyev CM-nin 178.1-ci maddəsi üzrə 2018-ci ilin iyunun 4-də məhkum edilmişdir. Necə olur ki, bu faktı biz araşdıra bilirik, polis müstəntiqi isə bacarmır, qəribədir, elə deyilmi? Və buna görə məhkum dələduz heçnədən narahat olmayaraq arxayınlıqla Azərbaycan vətəndaşlarını aldatmaqla dəlduzluğunu davam etdirir. Müstəntiq isə onun işini araşdırmaqda qəti olaraq maraqlı deyildir.Bəli, 7 dekabrda axşam Binəqədi rayonunda çay evində Xocalı və Əvəzlə görüşən dələduz Elvin Əliyev bir daha xatırlatmışdır ki, onu Binəqədi və Yaamal polisi axtarır. Bunun üçün o əlavə xərclər çəkir ki, “İŞLƏRİNİ” ( təbii ki, dələduzuluğunu demək istəmiş) davam etdirə bilmir ki, bizim pulumuzu vaxtında qaytara bilsin. O elə Rəsulzadə qəsəbəsində ailəsiə yaşadığını qeyd etmiş və çox rahatlıqla bizimlə görüşmüşdür. Müstəntiq Abdulla da bizi yola verir ki, elvin dəlduzu tapa bilmirmiş. Biz müstəntiq Abdulla Əliyevin onun icraatında olan digər dələduzla bağlı eyni qaydanı tətbiq etməsini internet axtarış sistemindən əldə etdik. Qısası dələduzları müdafiə edən belə bir müstəntiqin bizim işimizi aparmasına biz də öz növbəmizdə qəti etirazımızı bildirir və işimizin birbaşa Bakı şəhər Prokurorluğunda peşəkar prokuror Azər Əsgərovun, ya da Bakı Baş Polis İdarəsində təqdim etdiyimiz sübutlar əsasında araşdırmasını hörmətli, cənab baş Prokuror Zakir Qaralovdan, Daxili İşlər naziri cənab Vilayət Eyvazovdan və hörmətli prokuror İlqar Abbasovdan xahiş edirk.
P.S. Ümid edirik ki, cəmiyyətimiz üçün təhlükəli cinayətkar olan Elvin Gündüz oğlu Əliyev və dəstəsi Azərbaycan hüquq-mühafizə sistemində aparılacaq zəruri və köklü islahatlardan dərhal sonra tapılaraq hakim qarşısına çıxarılacaqdır.
İfadətv.com saytı şikayətdə adları şəkilən şəxslərin də mövqelərini işıqlandırmağa hazırdır.