“Ukraynada böhranın nizamlanmasının yekunları üzrə Krım Rusiyaya məxsus olaraq qalacaq”.
Bunu ABŞ Prezidenti Donald Tramp “Time” jurnalına müsahibəsində deyib.
“Biz Krım haqqında danışmağa məcburuq, çünki o, daim xatırlanır. Krım Rusiyanın tərkibində qalacaq. Ukrayna Prezidenti Volodimir Zelenski bunu başa düşür. Hər kəs anlayır ki, Krım uzun müddət Rusiyanın tərkibində olub”, - o qeyd edib.
Qeyd edək ki, Zelenski Trampın Krımla bağlı mövqeyini növbəti dəfə rədd edib.
