Xəzər” televiziyasına rəhbərlik edən Şamxal Həsənov telekanalın həyətində cins itlər saxlayırmış.
Pravda.az-ın xəbərinə görə, itlər üçün binanın arxa tərəfində xüsusi yerlər olub.
O, itlərə hər ay 250-300 kiloqram ət verib.
Ş.Həsənov vəzifəsindən azad edildikdən sonra itləri də aparıb.
Xatırlatma: Ş.Həsənov işdən çıxarıldıqdan sonra telekanalda vergi yoxlamaları aparılıb, nöqsanlar aşkarlanıb.
Qeyd: Şamxal Həsənov Azərbaycan Prezidentinin sabiq köməkçisi Əli Həsənovun oğludur.
P.S. Yüz minlərlə səfalət içində yaşayan kasıb insanlarımız isə uşağına yedizdirməyə ildə 1 kq ət ala bilmir.Qəribə təzaddır, elə deyilmi?