Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinin Qələbə Günü ilə bağlı üç günlük atəşkəs elan edilməsi təklifini qəbul etməyib.
Bu barədə jurnalistlərə açıqlamasında Zelenski danışıb.
Onun sözlərinə görə, Ukrayna minimum 30 gün müddətinə atəşkəs elan edilməsinə təkid edir.
Xatırladaq ki, aprelin 28-də Rusiya Prezidenti Vladimir Putin İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümü günlərində 3 günlük atəşkəs elan edib. Bildirilib ki, Rusiya ordusu mayın 7-dən 8-nə keçən gecə Moskva vaxtı ilə 00:00-dan mayın 10-dan 11-nə keçən gecə 00:00-a qədər hərbi əməliyyatları dayandıracaq.