“HZ Qida Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinə (Xurcun Mağazalar Şəbəkəsi – Kafe) operativ vergi nəzarəti çərçivəsində aparılan yoxlama nəticəsində 3000 manat məbləğində maliyyə sanksiyası tətbiq olunub.
Cəriməyə səbəb əhali ilə aparılan pul hesablaşmalarında qanunvericiliyin tələblərinə riayət edilməməsi olub. Vergi orqanları tərəfindən tərtib olunan AKT-a əsasən, müəssisənin bu sahədə yol verdiyi pozuntular qeydə alınıb.
Qeyd edək ki, MMC-nin nizamnamə kapitalı 500 manat təşkil edir və qanuni təmsilçisi Hikmət Abdullayev Cəlal oğludur. Maraqlıdır ki, eyni şəxs həmçinin “XURCUN CHAIN OF BOUTIQUES” MMC-nin də qanuni təmsilçisidir.
Vergi nəzarəti tədbirləri çərçivəsində belə halların qarşısının alınması istiqamətində yoxlamaların davam etdiriləcəyi gözlənilir.32gun.az