Bu gün Abşeron rayonunun Xırdalan şəhərində yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bu barədə “AzərEnerji” ASC məlumat yayıb
Məlumata əsasən, Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisindəki 110/35/10 kV-luq “Əliağa Vahid” yarımstansiyasında yeni quraşdıran 25 mVA gücündə transformator bu gün elektrik şəbəkəsinə qoşulacaq. Bununla əlaqədar saat 16:30-dan 17:30-a qədər Xırdalanın bəzi hissələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
