Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin yeni siyahısı üzə çıxdı.
Siyahıda müxtəlif biznes strukturları, eləcə də saysız daşınan və daşınmaz əmlaklar yer alır. Bu istiqamətdə Yenixeber.org-a ötürülən məlumata görə, Qubadan başlayaraq Bakını, İstanbulu əhatə edən, hətta bir ucu Londona gedib çıxan biznes şəbəkəsinə sahib olmaq deputatın imkanları daxilində deyil. Bu məsələdə onunla şəriklikdə ölkədə yüksək nüfuza sahib olan, səlahiyyətli şəxsin adı da keçir...
Siyahını təqdim edirik:
1. Shahdag Quba Truskavets Medical Sanatorium
2. Shahdag Quba Truskavets VIP Sanatorium
3. SHAH MEBEL Şirkətlər Qrupu (istehsal fabriki)
4. INTERNATIONAL LEASING COMPANY (avtomobillərin lizinqi)
5. CAPITAL LEASING
6. RAHAT KREDİT LOMBARD ŞƏBƏKƏSİ
(Bakı və İmişlidə 4 filialı fəaliyyət göstərir)
7. TRENDPAY ELEKTRON ÖDƏMƏ SİSYEMİ
8. CASPIAN AUDIT COMPANY
9. Caspian Standart CO LLC (Neft və qaz sənayesi üçün avadanlıqların alınması)
10. BAKI METAL SERVICE (Məhdud Məsuliyyətli Cəmiyyət)
11. MARYAM FOUNDATION
12. DIALOG FREIGHT LIMITED
(Azərbaycan) beynəlxalq dəniz yükdaşıma şirkəti
13.DIALOG FREIGHT (UK) LIMITED şirkəti
Londondan idarə olunur, səhmlərin 75 faizi DIALOG FREIGHT LIMITED (Azərbaycan) şirkətinə məxsusdur.