BİR MƏHKUMUN DƏHŞƏT SAÇAN MƏKTUBU - 3-cü hissə
Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin Azərbaycan Nümayəndəliyinə və bir nüsxəsi də İfadetv.com saytına ünvanlanan məhbus məktubun son bəndlərini də təqdim edirk:
6-cı Bənd: Haqqını tələb edən, düz və namuslu yaşayanlar rəis və rəis müavini, testdən kənar Elşad Abdullayevin (ABU) universitetinin yetirməsi, Talış Muğan Respublikasının 1 saylı CÇM-müəssisəsindəki gülüş ustası Çingiz Hadıyev tərəfindən talışlara döydürülür, “krıtı” verdirir, zonunu dəyişdirir, öldürüb qanlarını batırır.Bu adamın iş fəaliyyəti təxribat ssenariləri qurub pul qazanmaqdır. Azərbaycan, Türk adın həqarət edən talış Çingizin sayəsində onlarla məhkumunanası Paşinyandan kömək diləyib.
7. B, peysərində qızıl tros ütün “Pristupnı mir”də “dolya vorovskaya” mahnısı ilə məşhurluq qazanmış ( “zampolit”) və 17 saylı CÇM-də rəis vəzifəsində çalışarkən, həbsdən yenicə azad edilmişşəxsin toyunda zırranaraq rəqs edən Elşad Quliyev öz adət-ənənəsini davam etdirməkdədir. Kabinetində şortikdə peysərində qızıl tros sepləoturub məhkum qəbul edən Elşad Quliyevin telefonuna baxış keçirilərsə görünər ki, bu adam bütün günü şorti biznesin təmsilçilərilə “tərbiyə işini təşkil edir”.Arvadının AN-i Fikrət Məmmədovun müşaviri olduğunu nəzərə alsaq, sevindiricidir ki, o məhkumlar arasına şortiksiz çıxmır. Üstün cəhəti isə qanunların satışında bütün kompromis variantlara getməsidir.! Bir paçka siqaret. Sok, banan və s.
Hörmətli cənablar və xanımlar!
Müraciətimi əsla aidiyyatı orqanlara göndərməməyinizi əvvəlcədən xahiş edirəm. Əgər edilərsə. Mən özüm də bunlara rüşvətödəmiş olar, fiziki işgəncələrə məruz qalaram. Çünki bu dövlət qurumlarından 1 saylı CÇM-nə gələn nümayəndələr məhz təhqir, təhdid edib, axırda da pullarını alıb gedirlər. Sizdən ən böyük xahişimiz budur ki, Bizi zülmün, işgəncənin, rüşvətin, korrupsiyanın, əxlaqsızlığın, soyğunçu-quldurların əsirliyindən xilas edəsiniz!
Burada nə ALLAH, nə Dövlət, nə Vətəndaş, nə də Qanun tanınmır.
İfadetv.com
P.S. İstər bu məhkumun Qızıl Xaç Komitəsinə ünvanladığı, istərsə də digər CŞM-dəki məhkumların saytımıza göndərdiyi oxşar məktublardan belə nəticəyə gəlirik ki, ƏN-nin Pentensiar Xidmət idarəsi ya qanaraqdan, ya da qanmayaraqdan on minlərlə məhbus həyatı yaşaynları və yüz minlərlə onların ailə nəsillərini amansız, rüsvayçı, qeyri-insani hərəkətləri nəticəsində faktiki olaraq onların əksəriyyətini dövlətə qarşı potensial, dağıdıcı müxalif qüvvə kimi yetişdirməklə məşğul olublar. CŞM-də paqon sahiblərinin bir çoxu öz çirkin əməlləri sayəsində vətəndaşlarımızı müstəqil dövlətimizin məhv edilməsi istiqamətində kökləyiblər desək, yəqin ki. yanılmarıq. Hesab edirik ki, nə qədər ki, dövlətin aidiyyatı qurumları Penitensiar Xidmətdə baş alıb gedən özbaşnalıqlara son qoymayacaq bunların acı nəticələrini yaxın gələcəkdə görə bilərik. Bizdən demək.
