Respublikanın ayrı ayrı regionlarında meşə fondunun kütləvi surətdə məhv olmasıilə müşayət olunan və olunmaqda davam edən qanunsuzluqlar barəsində KİV olaraq dəfələrlə ictimaiyyətə təqdim etməyimizə, silsilə araşdırma yazılarımıza baxmayaraq, bu sahədə ciddi problemlər qalmaqda və daha intensiv xarakter almaqdadır.
Nəticədə Ekologiya Nazirliyinin yarıtmaz fəaliyyəti ilə hər il dövlət büdcəsinə yüz milyonlarla ziyan vurulur. Ancaq təəssüflər olsun ki , bu prosesi ETSN-də oturub idarə edənlərə hələ ki, "DUR" deyən tapılmır ki tapılmır. Sanki belə də olmalı imiş. O zaman niyə ETSN səlahiyyətliləri Kəlbəcərəi tərk edən ermənilərin beş altı ağacı kəsmələri barədə dünyaya haray salır, car çəkirdi? Əslində nə baş verir? ETSN-də baş verən bu qanunsuzluqların motivi nədir?
Son 3 ildə apardığımız müşahidələrdən, monitorinqlərdən və yerlərdən- ictimaiyyət nümayəndələrindən aldığımız məlumatlardan aydın olur ki, bu qanunsuz əməllərin başında cənab nazir Muxtar Babayevin müavinləri- Vüqar Kərimv, Firdövsi Əliyev və Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov və Dövlət Ekoloji Təhlükəsizlik İdarəsinin rəisi Hikmət Əlizadə dayanır. KİV-in ən çox meşələrimizdə baş verən qanunsuzluqlar haqqında yazdıqları barədə isə bu səlahiyyətsahibləri utanmadan yuxarılara raport verirlər ki, sanki “Hər şey öz qaydasındadır, yerlərə göndərdiyimiz ekspert qrupunun “araşdırması”na görə yazılanlar öz təsdiqini tapmadı”. AMMA YALANIN ÖMRÜ ÇOX AZ OLDUĞU KİMİ onların da verdiyi "saxta məlumat" ların ömrü də çox qısa olur. Əgər belə olmasaydı Qax, Şəki, Oğuz, Qəbələ, Ağsu rayon ərazilərindəki meşə fonduna tutulan divanların səbəbləri barədə son iki ildə ETSN tərəfindən redaksiyamıza heç olmasa bircə rəsmi cavab təqdim edilərdi. Və rəsmi orqanın “açıq meşə sahəsi” adı altında kürünüb tamamilə məhv edilən 1000 ha-larla meşə fondları, “sanitar qrıntı” adı altında adları “qırmızı kitaba” düşən ən sağlam meşə cinsli ağacların “İçlik” material kimi yerlərdəki meşə işçilərinə məxsus taxta və mebel sexlərinə daşınmasına nə ad vermək olar? Məsələn, son 1 ay ərzində Oğuz rayonun Xaşmaz meşəbəyliyi ərazisində 9 saylı meşə dolayında “sanitar qırma” adı altında diametri 1-1.8 m olan 71 ədəd sağlam qovaq ağaclarının kənarları yenyetmə ağaclardan tamailə ağırtexnikanın künmə işlərindən sonra təmizlənərək Qəbələ şəhərində yerləşən Valeh Məmmədovun icarəyə götürdüyü iki taxta sexinə daşınmasına nə ad vermək olar? Bu adam Xaçmaz meşəbəyliyinin sahə rəisidir, ETSN 7 saylı Ekologiya İdarəsinin rəisi Akif Məmmədovun qardaşıdır. Hələ bu yazılanlardan sonra qanmayaraq Xaşmaz kəndində kafenin qarşısında içib kefləndikdən sonra sakinlərə “brifinq” də keçirərək bəyan edir ki, barəmdə yazılanları vecimə ( şalvarını göstərərək daha “mədəni” formada qeyd edir ) almıram, qaqalarım ( qardaşlar nəzərdə tutulur) hamısı yüksək vəzifədədirlər və prokurorla, rəislə dostluq münasibətləri var. Elə DİN-dən gəlmiş sonuncu yoxlamaları da “yola vermişik, narahatlığımız yoxdur”. Çox maraqlıa çıqlamadır, elə deyilmi? Tərcümeyi-halını belə yazanda 18 yerdə səhv buraxan bu adam doğrudan da qanmayaraqdan bütün həqiqətləri iki cümlə ilə tam çılpaqlığı ilə ortalığa qoymuşdur. Buna heç bir şərh verməyə ehtiyac qalmır. Halbuki, bu adamın tək bir 9 saylı meşə dolayında 1 ha meşə fondunu tamamilə məhv etməsinə görə ən azı 200-250 min manat cərimə aktını qardaşı Akif Məmmədov yazmalı idi. Akif də fəxrlə bəyanatlar verir ki, Hikmət Əlizadə mənə tam etibar edir. Bəs bu qədər yazılan faktlara bu H.Əlizadə niyə bircədəfə də olsun reaksiya vermnyəir? Cavab çox sadədir. Bunların hamısı əlbirdirlər. Pramida “Effekti” üzrə hərəkət edirlər. Elə ona görə də avqust ayında Oğuz və Qəbələ rayonlarındakı meşə yanğınlarının niyə məhz “sanitar qırılma” ərazilərində ( Qəbələdə Tikanlı, Abrıx, Saluncax, Oğuzda Calud meşələrində) baş verdi?Bu təsadüfi yanğınlara oxşamırdı. Elə FHN-nin “şefi” də bu barədə açıqlama vermişdi. Çünki izi itirmək Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Aləm Əlizadəyə lazım idi.
Bu adamın “fəaliyyəti”ndən yazılanların sayı-hesabı olmasa da cənab A.Əlizadə 3 həftə əvvəl Qəbələdə kafenin önündə bildirmişdir ki, “məndən yazan bu adamlar bilsinlər ki, nə qədər ki, nazir müavini Vüqar Kərimov yerindədir, mən də burada vəzifəmdə qalacağam. Nahaq yerə özlərini yormasınlar” Bu açıqlamadan sonra da heç bir şərhə ehtiyac qalmır. Xatırladaq ki, Vüqar Kərimov adlanan bu vəzifəli şəxs nazir M.Babayevin dostu və SOCAR-da birlikdə işlədiyi birisi olubdur. Nazirin sadə, mədəni, ziyalı və alışverişdən bir o qədər də başı çıxmayan adam olduğuna görə nazirlikdədki “qara işlər” görülməsini V.Kərimova tapşırıb. Göründüyü kimi, V.Kərimovda çalışır ki, qarşıya qoyulan tapşırığı “taksi sürücüsü”fəlsəfəsilə yanaşaraq aylıq planı vaxtı vaxtında yerinə yetirsin. Vəssəlam. Ona görə də işini ehtiyatlı tutmaq üçün Azərbaycanın RMTİ-nə özünə yaxın adamları vəzifəyə gətməklə əl ələ verib işləməyi üstün tutur. Elə Masallı rayonun RMTM-nin yəni, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Adəm İsmiyevi vəzifəyə qoyub əlbir işlədiyi kimi. Elə bu rayonda da həmişəki kimi,nazir müavini Vüqar Kərimovun və Xidmətin rəisi Namik Xıdırovun adı hallanır. Azinfo.tv-nin araşdırdığı həmin faktları da ictimaiyyətə təqdim etmək yerinə düşər:
1.Masallı RMTM-nin yəni, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Adəm İsmiyev, Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimovun tələbə yoldaşıdır. Buna görə, Adəm İsmiyev addım başı deyir ki, mənim adamım lap dibdə əyləşib və heç kim mənə heç nə edə bilməz;
2.Masallı RMTM-nin direktoru Adəm İsmiyev ətrafına bir neçə nəfəri yığaraq ona tabe olan ərazilərdə yerləşən meşəlikləri talan etməklə məşğuldur. Eyni zamanda onlara, bu işdə mane olan istənilən şəxsi şərləyir və həmkarlara çıxarıb yalandan üzünə dururlar.
Mənbəmizin qeyd etdiyinə görə Adəm İsmiyev 2020-ci ilin aprel ayından Masallı RMTM-də çalışır.
3.Adəm İsmiyevin müavini Faiq Əmişov bundan əvvəl Mərkəzin baş əkin mühəndisi vəzifəsində çalışan dövrdə əkinləri məhv edib, onlara saxta naryadlar yazdırıb, sonra isə 2020-ci ildə gəlib baş meşəbəyi-müavin olmuşdur.
4.Abturab Bağırov meşələrin mühafizəsi üzrə baş mühəndis.Bu şəxs 2013-cü ildə meşə torpaqlarını satdığına görə ona cinayət işi açılmış və qolları qandallı şəkildə məhkəməyə gətirilmişdir. Qeyd olunan şəxs orta təhsilli "şərabçıdır".Hazırda meşələri talan edənlərdən biridir.Özü və yaxın qohumları Masallı meşəbəyliyinin 20 saylı dolayını zəbt edib orada tikililər inşa ediblər və hazırda da bu proses davam edir.
4.Baş mühasib Mənsur Nurəliyev isə əkinlərə yazılan vəsaitləri talamaq, yazılan mükafatların yarısını gözətçilərdən almaq və sexlərə "içlik" meşə materialları satanlardan biridi;.
5.Adil Quliyev. İxtisasca orta təhsilli ibtidai sinif müəllimidir. Oğlu Sadiq Quliyev isə baş mühasibin köməkçisidir. Bu adamların mebel sexləri vardır və başları öz bizneslərinə qarışdığından günlərlə işə gəlmirlər.
Adil Quliyev əməyin mühafizəsi üzrə baş mütəxəssis və həm də həmkarların sədridir. Bu ata-bala ara da bir gəlib gəlmədiyi günlərin yerinə "iş tabeli" nə imza çəkitlər;
6.Dövriyyədə olan 1000 hektar əkinin demək olar ki,800 hektarı yoxdur. Yəni batıb,məhv olub.Qalan əkinlər isə baxımsızlıqdan batmaq üzrədir.
.2020-ci ildə 138 hektar əkini örtülü meşəyə saxta yollarla keçirdilər.Əslində əkin əkilir, ağaclar böyüyür və 5 ildən sonra örtülü meşəyə ərazi kimi keçirilir.Ancaq realda həmin 138 hektar əkin ortalıqda yoxdur.Həmin əkin adıyla yoxlamalar başqa 50 və 100 illik təbii meşələri göstərirlər.
8.Hər ay bir hektar əraziyə təqribən dövlət büdcəsindən 100 manat pul silinir.Yəni naryad üçün xidmət, fəhlə pulu və suvarma üçün ayrılaraq mənimsənilir.
Deyirlər ki,güya bəzi əkinlər quraqlıq səbəbindən yanıb.Bəs həmin yanmış əkinlərə görə dövlət büdcəsinə dəymiş ziyan niyə geri ödənilmir?
Həmin əkinlərə bu vaxta kimi naryadlar yazılıb.Eyni zamanda olmayan əkinlərə yüzlərlə naryadlar yazılaraq, dövlət büdcəsindən milyonlarla maliyyə vəsaitləri çıxarılaraq mənimsənilmişdir.
9.Masallı meşəbəyliyinin 24 saylı dolayında 1.00 hektardan çox sahədə dövlət meşə fondu torpaqlarında torpaq qazılaraq kərpic zavoda verilmiş və dövlətə təqribən 1.000 000 milyon manatdan çox ziyan vurulmuşdur. Həmin meşə fondunun ərazilərini Adəm İsmiyev və Abturab Bağırov satıblar. Bu torpaq qazıntısı cinayətinin üstünü ort-basdır edib, məsuliyyəti öz üzərlərindən götürmək üçün, qazılan ərazini Oncakələ bələdiyyəsinin ərazisi kimi göstərib (Yəni, dövlət meşə fondu deyil) , törətdikləri cinayəti başqasının boynuna yıxmaq istəyirlər. 24 saylı dolayın gözətçisi Fərəməz Ağayevə deyirlər ki, hər şikayətçiləri süsdür. Əks təqdirdə səni tutacaqlar. Gözətçi də gəlib şikayətçilə xahiş efir ki, onlar məni məcbur edirlər ki, sizə deyən ki, daha susasınız. Yoxsa əgər bu iş belə davam eləsə vəziyyət çox pis olacaq.
Adəm, Faiq və Abturab dövlət meşə fondu torpaqlarını vətəndaşlara və ayrı-ayrı sahibkarlara satırlar.Bunun nəticəsində qeyd olunan ərazilərdə tikililər, mal-qara tövlələri və sair qanunsuz tikintilər tikilib və davam edir.
Adəm İsmiyev əvvəllər Cəlilabad rayon icra hakimiyyətində məsləhətçi vəzifəsində çalışıb.Ancaq tələbə yoldaşı hazırda Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini vəzifəsində çalışan Vüqar Kərimovun dəvəti və köməyi ilə ekologiya sahəsinə, yəni Masallı RMTM- nə direktor təyin olunub.
Çox maraqlı ,eyni zamanda aydın bir görüntüdür. Görəsən nazir müavini Vüqar Kərimov hansı niyyətlə tələbə yoldaşı olan Adəm İsmiyevi bu vəzifəyə təyin elətdirib, yaxud Adəm İsmiyev hansı niyyətlə bu vəzifəyə transfer olunmağına razılıq verib!? Əgər dövlətə,xalqa xidmətdirsə, elə icra hakimiyyətindəki vəzifə ən uyğun vəzifə idi. Deməli, niyyət başqa imiş, heç də dövlət-dövlətçilik, millət-millətçilik deyil. A.İsmiyev ixtisasca "meşəçi" və ya buna uyğun ixtisaslı bir kadr olsaydı on da inandırıcı olardı. Bu şəxs heç ağacların cinsin belə tanımır və meşə sahəsində naşı bir direktordur.
Mövzunu diqqətdə saxlayacağıq, araşdırmalarımız davam edir.
Ən dəhşətlisi odur ki, yuxarıda sözü gedən dəstə 2021-ci ilin " sanitar qırma" sahəsi üçün, qeyri qanuni olaraq qoşa nömrələr, "içlik" materiallıq, sağlam ağaclar və bir də mailliyi 30 dərəcədən çox olan yerləri vurublar. Halbu ki, meşə məcəlləsində göstərir ki, mailliyi 30% çox olan meşədə "qırma" sahəsi aparmaq olmaz.
Çün ki, meşənin bir funksiyası da torpaq qoruyucudur. Məgər xəstə ağaclardan "içlik materiallarmı çıxır?!
Qarşı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.
P.S. Hesab edirik ki, Azərbaycanın bütün ərazilərində təbii sərvətlərimizə qarşı kütləvi vandalizm cinayətlərinin qarşısının alınması və ETSN-də baş verməkdə davam edən irimiqyaslı korrupsiya hallarının qarşısının dərhal alınması üçün DTX və Baş Prokurorluq təxirəsalınmaz əməliyyatlar keçirməlidirlər.
İFADETV.COM-un araşdırma qrupu