AMEA-nın Azad Həmkarlar İttifaqı və Fizika İnstitutunun Həmkarlar İttifaqı Komitəsi tərəfindən qarşıdan gələn Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə sözügedən müəssisənin 100-ə yaxın əməkdaşına, o cümlədən Qarabağ müharibəsi veteranları və şəhid ailələrinə müxtəlif çeşiddə ərzaq yardımı edilib.
AMEA-dan bildirilib ki, aksiyanın keçirilməsində məqsəd sosial vəziyyəti aşağı və ağır olan şəxslərə maddi və mənəvi dəstəyin göstərilməsi olub.
