Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsində yaşayan fermer təsəsrrüfatı ilə məşğul olan kiçik sahibkar Fərəcullayev Nizami Babək oğlu ( mob. 070-8330662) tərəfindən “ Oğurlanmış 5 ( beş) baş iribuynuzlu boğaz mallarımın tapılmamasından və Qaradağ RPİ-ndə başlanmış cinayət işinin ört-basdır edilməsindən- oğruların qəsədn tapılmamasından” przident cənab İlam Əlyevə, daxil işlr naziri cəna Vilayət Eyvazova və bir nüsxəsi də İFADETV.COM saytına daxil olan müraciətdə oğurluq hadiəsilə bağlı əribə olayların baş verməsindən yazır. Müraciəti olduğu kimi təqdim edirik:
"Xatırladım ki, bizim ailə 12 nəfərdən ibarətdir. Həmişə maldarlıqla məşğul olmuşuq. 2021-ci ilin sentyabrından ACCSES bankdan götürdüyüm 30 min manat kreditin bir hissəsinə hər biri orta hesabla 3000 manata olan cins iribuynuzlu inəklər alıb bəsləyir və qəsəbənin yaxınlığında yerləşən icarəyə götürdüyümüz fermada baxırdıq. Bu ilin yanvarın 4-dən 5-nə keçən gecə yaxın adamımızın rəhmətə getməsilə əlaqədar evə gec gəldiyimizə görə Ümid qəsəbəsinin daxilindəki beş mərtəbəli təzə binaların yanındakı zibilxananın kənarından 4 ədəd qoruyucu itlərin yanından gecə saatlarında DİN-nin 102 xidmətinin kamerası altında maşına mindirib oğurlayıb aparıblar. Bu itlər bu mallara o qədər öyrəşmiş və onları qoruyurdular ki, onları dəyənəklə belə malların yanından ayırmaq mümkün deyildi. Yəni , biz dəqiq bilirik ki, bu itlərin yanında malların itməsi fərziyası əhəmiyyətsizdir. Deməli, mallar oğurlanıb. Bildirim ki, qəsəbənin giriş və çıxışında cəmi bir yol vardır. Və hər tərəfdən kameralarla təchiz edilmişdir. Bu ərazi həm də neft terminalı ərazisi hesab olunur. Yəni, biz 6 ildir ki, burada yaşayırıq və eşitməmişik ki, burada hər hansı oğurluq hadisəsi baş versin.
Məsələ barəsində verdiyimiz nəhayət çoxsaylı şikayətlərimizdən sonra fevralın əvvəlində Qaradağ RPİ-də oğurluqla bağlı cinayət işi açılmış və müstəntiq Azər Həsəsnovun icraatına verilmişdir. Lakin aradan 7 ay vaxt keçsə də müstəntiq bizi bir dəfə də olsun istintaqa çağırmadı və oğruları tapmadı. Amma əvvəl demişdi ki, sizi çağıracağam. Nəticə olmadı.Hətta cinayət işinin bağlanıb bağlanmaması barədə heç bir məktub göndərmədi. Biz DİN-nə gedib hadisə olan günü 102 xidmətinin kameralarının açılmasına və oğruların tez tapılmasını xahiş etdik. Dedilər ki, siz gedin Qaradağ RPİ-nə Onlar kömək edəcəklər. Amma Qaradağ RPİ-də yenə də kameralara baxılmaq istənilmədi.
İki gün əvvəl Hüseynov Ramin Abbasağa oğlu ( 1983-cü il təvəllüdlü, Qaradağ rayonun Ümid qəsəbə sakini ) atam Babəkin mobil telefonuna Kürdəxanı təcridxanasından 10 avqustda (012) 565 67 53 , saat 17-00-da və digər telefonla 9 avqustda zəng edərək bildirmişdir ki, Babək, sizin bizim qəsəbədə oğurlanan malları 2 nəfər Qobustan qəsəbə sakini və 2 nəfər də Sahil qəsəbə sakinləri oğurlayıblar (polisin məlumatı olub) Və oğurlanan mallar Ağcabədi mal bazarına aparılaraq çox ucuz qiymətə 5000 manata satılıb. Bazardakı oğurluq malları alan adamın da adını və özünü şəxsən yaxşı tanıyıram. Oğrular əldə olunan pulun da 3000 manatını Sahil qəsəbəsinin oğrularına, qalan 2000 manatı da Qobustan qəsəbə oğrularına çatıb. Ramin həmin 4 oğrunun da şəxsiyyətini tanıyır.
Qeyd edək ki, Ramin Hüseynov hazırda narkotik maddəsi ilə tutulub və 4 aya yaxındır ki, Kürdəxanıda saxlanılır. Tutulamışdan bir neçə gün qabaq özünün dediyinə görə Qaradağ RPİ-nin 38-ci PB polislərilə mübahisəsi düşüb və Babaəkin mallarının oğurlanmasında sizin əlləriniz var deyə onları hədələmişdir. Bu mübahisədən bir neçə gün sonra Raminin cibindən polislər narkotik tapıb onu həbs etdiriblər. Ramin mallarımızın oğruluğunun açacağına görə şərləndiyini bildirir. və avqustun 24-də başlanacaq məhkəmə prosesində həmin oğurluq hadisəsini dəqiq bildiyi və açması hədəsinə görə həbs edilməsini danışacağını bildirib. Bizim də həmin məhkəmədə iştirak etməyimizi və oğurluq hadisəsini təsdiq etməyimizi xahiş edir. Ona qarşı narkotik maddəsinin də polisin təşkil etdiyini bizimlə telefon danışığı zamanı bildirib.
Digər mənbə - Hadisədən 2 ay sonra (martda) təsadüfən bizə yaxın adama danışan Ümid qəsəbəsindəki qəssab Vaqif bildirmişdir ki, Babəkin malları getməli idi ( oğurlanmalı idi) Çünki, Qaradağ İcra Hakimiyyətindən göstəriş vardı ki, bu 5 mallardan sakinlərin çox şikayətləri olduğu üçün onu aparan ( oğurlayan) şəxsləri həbs olunmağa qoymayacağıq. Budur, həqiqətən də hadisələrin sonrakı inkişafı göstərdi və təsdiq etdi ki, bizim malların oğurluğu sifarişlə həyata keçirilib. Və yerli polis də ört-basdır edir ( kameralara baxış keçirmir)
Odur ki, cənab Prezident və nazir V.Eyvazov Sizlərə şəxsən müraciət edirəm ki, sifariş əsasında oğurlanan 5 baş mallarımıza görə bizə dəymiş ziyanın ödənilməsini
üçün ortalığa çıxan şahidlərin ifadələri, DİN 102 xidmətin kameralarının açılması əsasında oğurluq cinayətinin sifarişçisinin və icraçı olan 4 nəfər oğru dəstəsinin cəzalanmasına göstəriş verəsiniz. Əvvəlcədən sağ olun deyirik.
Əlavə- şəxs vəsiqənin surəti., rəsmi məktublar.
İmza: N.B.Fərəcullayev
11 avqust 2022-ci il.
